YÜNGÜLLƏŞDİRMƏK

f.
1. Zəhmətini, əziyyətini, çətinliyini, ağırlığını azaltmaq; asanlaşdırmaq. Əmək şəraitini yüngülləşdirmək. Yolu yüngülləşdirmək. İşini yüngülləşdirmək. Vəziyyətini yüngülləşdirmək.
2. Zəifləşdirmək, yumşaltmaq, azaltmaq. Dərdini yüngülləşdirmək. Ağrını yüngülləşdirən dərmanlar.
– Prokuror da, vəkil də dönə-dönə inad edirdilər ki, doğrusunu aç söylə, [məhkəmə] sənin təqsirini yüngülləşdirər. Mir Cəlal.

3. Təskin etmək, yumşaltmaq. Ürəyini yüngülləşdirmək.
4. Quruluşunu sadələşdirmək, bəsitləşdirmək. Maşının quruluşunu yüngülləşdirmək.
YÜNGÜLLƏŞDİRMƏ
YÜNGÜLLƏŞMƏ

Digər lüğətlərdə

жраньё заскору́злый лопатообра́зно на са́мом де́ле неохо́тно орнаменто́вка перелицева́ть сино́д электро́лизный южа́нка велика́н зано́шенность изга́диться как вороново крыло́ когда́ ещё о́роки abacterial deselect measured quark методический нивелировать пробирщик унитарный щипнуть