ZƏRLİ (qızıl suyuna çəkilmiş, qızılla bəzədilmiş) Çıxdı gəzintiyə bir sal içində; Əynində yaxası zərli nimtənə (M.Rahim); QIZILLI [Əminə] ..ətəyi qızıllı, qəşəng al faydan kofta geymiş, başına da heyratı kəlağayı örtmüşdü (Ə.Əbülhəsən); MÜTƏLLA (köhn.) Sərraf yüz bəzəsə səngi-siyahi; Üzdə mütəlladır, ləl ola bilməz (Aşıq Ələsgər); ZƏRRİN Aşıq Vəli: Qızıl eynəkləri fəxr edib taxma; Mübahat eyləmə zərrin əbayə (N.Vəzirov).