ZƏRLİ


1. sif. Zərlə bəzəkli, zərlə işlənmiş, üzərinə zər çəkilmiş, zərlə örtülmüş. Zərli parça. Zərli kağız. Zərli cild.
– Dağdan gəldik ikimiz; Zərli yorğan yükümüz. (Bayatı).
Taxçalarda xırda və zərli sandıqlar qoyulub, üstünə örtük çəkilmişdi. M.S.Ordubadi.
Sövkəndi üzlərə zərli paqonlar; Şişdi tuluq kimi ağ nazik donlar. H.K.Sanılı.

2. is. Zərli parça, zərlə işlənmiş parça.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ZƏRLİ ZƏRLİ (qızıl suyuna çəkilmiş, qızılla bəzədilmiş) Çıxdı gəzintiyə bir sal içində; Əynində yaxası zərli nimtənə (M
ZƏRQANADLI
ZƏRLİ-ZİBALI
OBASTAN VİKİ
Zərli tıs-tıs
Zərli tıs-tıs (lat. Acantholimon glumaceum) — plumbaqokimilər fəsiləsinin tıs-tıs cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqaz, Şərqi Anadolu, Cənub-Qərbi Asiya, Türkiyənin şimal-şərqində təsvir edilmişdir. İran-Turan coğrafi elementinə daxildir. == Botaniki təsviri == 15-40 sm diametrində olan kolcuqdur. Yastığı, olduqca sıx yarpaqları ərpsiz, xətli-bizvari və sərtdir. Çiçəkləri son sünbüldə toplanıb, ikicərgəli, 5-11 sünbülcüklüdür. Çiçəkaltlıqları pulcuqvari, xarici geniş-yumurtavari, daxildəki uzun və ağ haşiyəlidir. Kasacığın borusu damar boyu tükcüklü, büküyü ağ olub, qara-bənövşəyi damarlıdır. Tacı iri və parlaq qırmızıdır.

Digər lüğətlərdə

вытыка́ние зараже́ние лу́ночковый ослеплённый сланцева́тость заплести́сь подлива́ть ранго́ут декокт щерлоп aspergilla bio- cadaveric encoding formsheet killed matter orthographist strange vobla выемка госаппарат каданс отмокать послезавтра свита