ZARAFATÇI

sif.is. Zarafat etməyi sevən (adam); hənəkçi, zarafatcıl. Zarafatçı adam. O yaman zarafatçıdır.
[Bağban] həmişə deyən, danışan, gülən, zarafatçı bir şəxs idi. S.S.Axundov.
[Bəhram] çox zarafatçı və sözbaz idi. Ə.Vəliyev.
Daşdəmir əmi bu zarafatdan xoşlanmış bir halda, zarafatçı gəncə eyni ahənglə cavab verdi. M.Rzaquluzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ZARAFATÇI hənəkçi
ZARAFATCILLIQ
ZARAFATÇILIQ

Digər lüğətlərdə