ZƏNCİROTU

is. bot. Qırıldıqda içərisindən süd kimi maye ifraz edən qısa gövdəli, uzunsaplaqlı ot bitkisi. Acıqovuq və ya zəncirotu cinsinin səbəti silindr şəkilli və ya zəngvaridir.
Səbətdə çiçəklərin hamısı dilcik şəkillidir, sarı rənglidir. H.Qədirov.

ZƏNCİRLİ
ZƏNCİRVARİ
OBASTAN VİKİ
Zəncirotu
Zəncirotu və ya acıqovuq (lat. Taraxacum) — mürəkkəbçiçəklilər fəsiləsindən çoxillik bitki cinsi. Yoğunlaşmış kökləri tipik şaqulidir. Kökətrafı yarpaqları rozet şəkillidir. İçiboş yarpaqsız gövdələrinin ucunda bir çiçək qrupu (səbətcik) əmələ gəlir. Çiçəyi qızılı-sarı, ikicinsiyyətli, meyvəsi toxumçadır. Köklərində süd şirəsi, yarpaq və çiçəklərində S, B2 vitaminləri, karotin var. Antarktidadan başqa bütün qitələrdə təsadüf edilir. Azərbaycanda 13 növü bitir. Bəzi növlərinin kökündə kauçuk var.
Dərman zəncirotu
Dərman zəncirotu (lat. Taraxacum officinale) — mürəkkəbçiçəklilər fəsiləsinin zəncirotu cinsinə aid bitki növü. Dərman zəncirotu hündürlüyü 30 sm-ə çatan çoxillik ot bitkisidir. Kökləri yuxarı hissədə şaxələnən kökümsovdan ibarət, kiçik şaxəli olub, qalınlığı 2 sm, uzunluğu 60 sm-ə çatır. == Yarpaq == Yarpaqları çılpaq və ya orta damarla aşağı tərəfdə az toraoxşar tüklüdür, uzunsov, əksinə, yumurtaşəkilli, küttəhər, oyuqlu-dişlidir və yaxud enli və ya dar, üçkünc, sivriləşmiş, tamkənarlı və ya uzun dişli, arxaya yönəlmiş dilimlərə qismən dərin qayıqşəkilli kəsilmişdir. == Çiçək == Çiçək oxu yarpaqlardan uzundur, düz, çılpaq və ya çiçəkləmə dövründə tüklüdür. Qın yarpaqları təpə hissədə qabarıq deyil, xaricdə yerləşənlər qismən enli xətvaridir, aşağı qatlanmışdır, daxildə yerləşənlər isə xətvaridir. Dilcikşəkilli çiçəklər açıq və ya tutqun-sarı rəngdədir, bir qədər qın yarpaqlarından uzundur. == Meyvə == Toxumları açıq-qəhvəyi rənglidir, uzunluğu 3-3,5 mm-dir, yalnız təpə hissəsində qısa piramidalı olub, sivri-qabarıqdır; buruncuğu nazikdir, 3-4 dəfə toxumdan uzundur; kəkili ağ rəngdədir, 2-2,5 dəfə buruncuqdan qısadır. == Çiçəkləməsi == Aprel-İyun == Meyvə verməsi == May-İyun == Azərbaycanda yayılması == BQ (Quba), BQ qərb, KQ mərkəzi.
Payız zəncirotu
Payız zəncirotu və ya Krım-saqqız (lat. Taraxacum hybernum) — mürəkkəbçiçəklilər fəsiləsinin zəncirotu cinsinə aid bitki növü.

Digər lüğətlərdə

вда́вленность ве́рхний гиганти́зм кусану́ть переверста́ться подья́чество самовоспламеня́ться това́рищество ула́нский дожёвываться паркова́ться психопа́тка со́рго съёмник collecting agency frost-hardy gall-wasp omphalitides postgraduate rear admiral Rousseauist silver certificate transarctic малопроизводительный рулить