ÇALXANMAQ 1. bax çalxalanmaq 1-ci mənada. Köksü atəşli qətrəyəm ondan; O isə çalxanan geniş ümman. A.Şaiq. Dənizin dalğaları çalxanıb səslənir. S.Rəhimov. 2. bax çalxalanmaq 2-ci mənada. Tramvay çalxanıb dayandıqda [Tahirin] fikir sapı qırıldı. M.Hüseyn.