Çapıqlı alopesiya
Çapıqlı alopesiya (ing. Scarring alopecia) çapıqların əmələ gəlməsi ilə müşayiət olunan alopesiyanın bir növüdür. Çapıqsız alopesiyadan öz xüsusiyyətlərinə görə kəskin fərqlənir.
Saç tökülməsinə müxtəlif xəstəliklər səbəb olur. Bu zaman saç follikulları məhv olur və onların yerlərində çapıq toxumaları formalaşır. Xəstəlik özünü müxtəlif şəkillərdə göstərir. Belə ki, bəzi hallarda saç tökülməsi heç bir simptom olmadan baş verir və ona görə də insan buna çox diqqət yetirmir. Xəstəliyin şiddətli simptomlarla özünü göstərdiyi hallar da mövcuddur. Bu simptomlar şiddətli qaşınma, yanma, ağrı ilə müşayiət olunur və sürətlə inkişaf edir. Follikulu məhv edən iltihab dərinin üst qatının altında yerləşir və adətən "çapıq" özü baş dərisində görünmür.