ÇAĞA

ÇAĞA (körpə uşaq) Gəlinlər, qocalar, qızlar, qarılar; Beşikdə çağalar, ömrü yarılar (S.Vurğun); BƏBƏ (dan.) Qundaqda ikən bir qızı ad eyləmişəm mən; Nazlı bəbədən könlümü şad eyləmişəm mən (M.S.Ordubadi); BƏBƏK (köhn.) O gözəl sevimli, ol nurlu bəbək; Yuxusundan oyanar əsnəyərək (A.Səhhət); KÖRPƏ Əlində körpəni oynadır qarı; Göstərir uzanan dilsiz yolları (S.Vurğun); QUNDAQ (dial.) [Ağa Mərdan:] Hacı Qafurun qapısından ötəndə gördük durubdur, qucağında bir qundaq (M.F.Axundzadə); MÖVLUD (köhn.) Qazi dua oxuyub, elini uşağın alnına çəkəndən və təzə mövludi təbrik edəndən sonra irəli gəlib uşağı Atabəyin qucağına verdi... (M.S.Ordubadi); SÜDƏMƏR ..Allahın nəzərini “cəlb” etmək üçün o günü südəmər uşaqlara süd verməkdən analar “mən” olmuşdu (Çəmənzəminli); TİFİL (dan.) Salman bəy: Əstəğfürullah eyləyin, gedin işinizin dalınca bəs o biçarə tifillər necə olacaqlar (N.Vəzirov).

ÇAĞ
ÇAĞDAŞ
OBASTAN VİKİ
Birinci Çağan
Birinci Çağan — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Birinci Çağan kəndi Şamaxı rayonu Dədəgünəş i.ə.d.-də kənd. Dağətəyi ərazidədir. Əhalisi 184 nəfərdir (2009), 44 təsərrüfatı var. 1886 il əhalini siyahıyaalma sənədində Şamaxı qəz. Böyük Çağan (60 ailə, 489 nəfər) kənd adı qeydə alınmışdır. Kənd Çağan mineral bulağının yaxınlığında məmmədsəlimli nəsli tərəfindən salındığı üçün əvvəllər Çağan Məmmədsəlimli adlanmışdır. Sonralar bu kənd yalnız bulağın adı ilə adlandı. Çağan türk-monqol dillərində “ağsu” deməkdir. Q.E.Markov Çağanın oğuzların bır hissəsi olduğunu qeyd edir.
Börü (Çağatayın nəvəsi)
Börü (monq. ᠪᠦᠷᠢ Büri Бүри), Çingiz Xanın nəticəsi, Çağatayın nəvəsi, Mötükənin oğlu. Monğolların qərb səfərinin başçılarından biri.
Cəfər Çağatay
Əli Cəfər Çağatay (1 yanvar 1899, Konstantinopol – 24 aprel 1991, İstanbul) — türk futbolçudur. 1924 Yay Olimpiya Oyunlarına qatılan heyətdə iştirak etdi. Futboldan çıxdıqdan sonra əczaçı kimi həyatına davam etdi. O, həmçinin Fənərbaxçanın idarə heyətində müxtəlif vəzifələrdə işlədi. Türk ud ifaçısı, violonçel ifaçısı, kemençe ifaçısı və bəstəkar və İstiqlal Marşının ilk bəstəkarı Əli Rıfat Çağatayın oğlu. == Klub karyerası == Futbola Saint-Joseph Liseyində tələbə olduğu illərdə Fənərbaxçanın infrastruktur komandalarında (2. və 3. komandalar) başladı, burada məşq etdi və A komandasına yüksəldi. Altınordu İdmanyurdu Klubu qurulduqda bu komandaya qoşuldu və çempion heyətində iştirak etdi. 1922-ci ildə yenidən "Fənərbaxça"ya qayıtdı, barışıq və işğal illərində işğalçı orduların futbol komandalarını bir-birinin ardınca pərişan edən və 1922–1923 mövsümündə 58 qol atıb, heç qol buraxmadan çempion olmaq kimi dünya çempionatı matçları tarixində bu günə qədər bənzəri görülməmiş misilsiz bir uğurun sahibi olan heyətin bütün matçlarında iştirak etmişdir.
Çağadüz
Çağadüz (əvvəlki adı: Sərkisaşen) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Tağaverd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Sərkisaşen kəndi Çağadüz kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Çağadüz kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının suverenliyinə qayıtmışdır. Sonralar burada məskunlaşmış ermənilər onu Sərkisaşen (Sərkis kəndi) kimi rəsmiləşdirmışdilər. 1992-ci ildən kəndin keçmiş adı bərpa edilmişdır. Kənd öz adını ərazidəki eyniadlı düzənlikdən almışdır. Cağa/çağa (kiçik) və düz (mənfi relyef forması) sözlərindən düzəlib, "kicik düz" deməkdir. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Çağan
Birinci Çağan
Çağan Atakan Arslan
Çağan Atakan Arslan (27 avqust 1989, Sivas) — Türkiyə TV serial aktyoru və kikboksinq. 27 avqust 1989-cu ildə Sivasda anadan olan Avatar ləqəbli Çağan Atakan Arslan idman həyatına basketbolla başlayıb. 16 yaşında bodibildinqə başlayan Atakan Arslan 17 yaşında döyüş sənəti ilə tanış olub və o vaxtdan bəri bir çox uğurlara imza atıb. O, idman rekordunu qıraraq və məktəb birincisi olmaqla Bədən Tərbiyəsi və İdman Məktəbinə daxil olub.[Sitat lazımdı] Hələ də təhsilini davam etdirir. Atakan Arslan 2008-ci ildən kikboksinq və Muay Tay Milli Komandalarında ölkəsini beynəlxalq arenada təmsil edir, həmçinin peşəkar yarışlarda çıxış edir. O, 2011-ci ildə Özbəkistanda 5000 rəqib azarkeşin önündə finalda özbək rəqibini nokaut edərək IFMA Muay Thai üzrə Dünya Çempionu titulunu qazandı və ölkəsinə bu sahədə böyük kişilər arasında ilk qızıl medalı qazandırdı.[sitat gətirdi] Atakan Arslan, TPW adı ilə peşəkar güləşdə də çıxış edən Əsgər adını çəkdi Onun kikboksinq karyerasının mühüm hadisələrindən biri də dünyanın kikboksinq təşkilatlarından biri olan Glory World Series ilə bağladığı müqavilədir. 2014-cü ildə debüt edən Atakan Arslan Glory 15 İstanbulda braziliyalı rəqibi Jonatan Olveyra ilə ilk matçına çıxıb. 2015-ci ildə Glory 20 Dubai-də Çad Sudgenlə qarşılaşıb. 2016-cı ildə Survivor Ünlülər Könüllüləri proqramında Ünlülər komandasına daxil olan Avatar Atakan 5 aylıq gərgin mübarizədən sonra Survivor çempionu olub. Survivor-dan sonra rinqə qayıdan Mix Fight Gala təşkilatında 81 kilo çəkidə dünya çempionatı matçını keçirdi və ikinci raundda Kevin Brendanı nokaut etdi.
Çağan Irmak
Çağan İrmak (4 aprel 1970, Səfərihisar, İzmir ili) - türk rejissor və ssenarist. 4 aprel 1970-ci ildə İzmirdə anadan olub.
Çağaniyan
Çağaniyan (fars. چغانیان‎ Chaghāniyān) — Əl-Sağaniyan da deyilir. Orta Asiyada qədim vilayət. Çağan - monqol dilində ağ deməkdir. Yan isə cəm şəkilçisidir. Ərəblərin dillərində "Ç" hərfi olmadığından bu bölgəni Sağaniyan adlandırdılar. Bu vilayət Amudəryanın yuxarı yatağında yerləşirdi. Uygarlıq açısından Buxara və Səmərqənddən çox Bəlx şəhərinin təsiri altında olan bölgədə, islam fəthləri öncəsi Buddizm yayılmışdı. Suriya, Fələstin və İranı işğal edən ərəblər Mərkəzi Asiyaya doğru irəlilədilər, 644-cü ildə Xorasana daxil oldular. 651-ci ildə Mərv döyüşsüz tutuldu.
Çağatay
Cığatay və ya Çağatay — ad, təxəllüs. Cığatay xan — Çingiz xanın oğlu. Çağatay Ulusoy — Türk aktyoru. Cıgatay Şıxzamanov — ssenarist. Yaşayış məntəqələri Cığatay (Xaçmaz) — Xaçmazda kənd. Cığatay (Ərdəbil) — İranın Ərdəbil ostanı, Meşkin şəhristanında kənd. Çağatay (Rəzəvi Xorasan) — İranda Çağatay şəhristanının mərkəzi şəhəri.
Çağatay (Rəzəvi Xorasan)
Çağatay və ya Coğətay — İranın Rəzəvi Xorasan ostanının şəhərlərindən və Çağatay şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,027 nəfər və 1,636 ailədən ibarət idi.
Çağatay Ulusoy
Çağatay Ulusoy (d. 23 sentyabr, 1990, Türkiyə, İstanbul) — Türk model və aktyorudur. 1990-cı ildə İstanbul Bakırköydə anadan olub.
Çağatay dili
Cığatay və ya çağatay dili, həmçinin Sovet mənbələrində əski özbək dili (özb. Эски ўзбек тили; Eski oʻzbek tili, rus. староузбекский) adı altında, Çin mənbələrində isə qədim uyğur dili kimi qeyd olunur — XX əsrdə ölmüş halına gələn, Mərkəzi Asiyada işlənilən ədəbi dil. O, müasir türk dillərinin qarluq qruppunu təşkil edən özbək və uyğur dillərin sələfidir. Cığatay ədəbiyyatının ən tanınmış nümayəndəsi Əlişir Nəvaidir. Cığatay sözü Çingiz xanın oğlu Cığatay xana qalmış Cığatay xanlığından gəlir. Çağatay sözü həmçinin qırımçaqlar tərəfindən XIX əsrin sonuna qədər öz dilləri üçün istifadə olunurdu, günümüzdə isə, Əfqanıstanda danışılan türkmən dilinin teke dialekti üçün işlənilir. 1924-cü ildə Özbəkistan Sovet Sosialist Respublikasının yaradılmasının hazırlaması üçün, Cığatay dilinin adını rəsmi olaraq "əski özbək dili" adına dəyişiblər. Çində isə onu bəzən qədim uyğur dili adlanırlar. Tarixən, həmçinin türki və sart sözləri də işlənilirdi.
Çağatay xanlığı
Cığatay xanlığı — Monqol hökmdarı Çingiz xanın nəslindən olan Çığatay xanın adını daşıyan dövlət. Çingiz xan hələ sağlığında öz imperiyasını oğulları arasında bölüşdürmüşdü. Zəbt etdiyi Çin torpaqları olan Kaşğar ətrafı ilə Mavərünnəhrin böyük hissəsini Cığataya vermişdi. Cığatayın bu torpaqlarda 1227-ci ildə qurduğu dövlət 1370-ci ilə qədər mövcud olmuşdur. Cığatay xan böyük qardaşı Cuçi xanın və atasının ölümündən sonra xanədanın ən yaşlı üzvü idi. Cığatay xanın 1241-ci ildə ölümündən sonra Cığatay xanlığı mərkəzi Monqol dövlətinə qarşı mübarizəyə başladı. Cığatayın nəvələri Algu, Kubilay xan ilə Arik Böge arasındakı hakimiyyət mübarizəsindən faydalanan Xarəzmşahlar, Qərbi Türkistanı və Əfqanıstanı torpaqlarına qatdılar. 1266-cı ildə taxta çıxan Mübarəkşah islam dinini qəbul edən ilk Cığatay xanı oldu. Ondan əvvəlki Cığatay hökmdarları şamanizm inancında idilər. Cığatay xanlığının ən parlaq dövrü Kebek xanın xanlıq etdiyi dövrə (1318–1326) təsadüf edir.
Çağatay şəhristanı
Çağatay şəhristanı və ya Coğatay şəhristanı— İranın Rəzəvi Xorasan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Çağatay şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 45,970 nəfər və 11,534 ailədən ibarət idi.
Çağatayca
Cığatay və ya çağatay dili, həmçinin Sovet mənbələrində əski özbək dili (özb. Эски ўзбек тили; Eski oʻzbek tili, rus. староузбекский) adı altında, Çin mənbələrində isə qədim uyğur dili kimi qeyd olunur — XX əsrdə ölmüş halına gələn, Mərkəzi Asiyada işlənilən ədəbi dil. O, müasir türk dillərinin qarluq qruppunu təşkil edən özbək və uyğur dillərin sələfidir. Cığatay ədəbiyyatının ən tanınmış nümayəndəsi Əlişir Nəvaidir. Cığatay sözü Çingiz xanın oğlu Cığatay xana qalmış Cığatay xanlığından gəlir. Çağatay sözü həmçinin qırımçaqlar tərəfindən XIX əsrin sonuna qədər öz dilləri üçün istifadə olunurdu, günümüzdə isə, Əfqanıstanda danışılan türkmən dilinin teke dialekti üçün işlənilir. 1924-cü ildə Özbəkistan Sovet Sosialist Respublikasının yaradılmasının hazırlaması üçün, Cığatay dilinin adını rəsmi olaraq "əski özbək dili" adına dəyişiblər. Çində isə onu bəzən qədim uyğur dili adlanırlar. Tarixən, həmçinin türki və sart sözləri də işlənilirdi.
İkinci Çağan
İkinci Çağan – Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. İkinci Çağan Şamaxı rayonunun Dədəgünəş inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi keçmiş Çağan Məmmədsəlimli (indiki Birinci Çağan) kəndindən çıxmış ailələrin burada məskunlaşması nəticəsində yaranmışdır. Kənd əhalisi 194 nəfərdir ki, onunda 96 nəfəri kişi, 97 nəfəri isə qadınlar təşkil edir.
Əbu Əli Çağani
Əbu Əli Çağani (?-955) — Çağaniyanın Möhtaclılar sülaləsindən olan əmiri. Samanilər sülaləsindən olan Əmir II Nəsrin (914–943) ölüm xəbəriylə Xorasana gələn Əbu Əli, Əmir I Nuhun (943–954) əmriylə o sırada Büveyhilərin əlinə keçmiş olan Rey üçün səfər hazırlıqlarını tamamlayaraq Büveyhilər üzərinə hərəkətə keçdi. Əbu Əlinin Buxaradakı yoxluğundan faydalanan düşmanları onun xalqa qarşı pis davranışını önə sürərək Əmirin gözündən salmağı bacardılar. Qardizi, Əbu Əlinin Buxaradakı ən böyük düşmanı olaraq vəzir Məhəmməd bin Əhmədi göstərir. Rey səfəri əsnasında Əmir Nuh tərəfindən göndərilən Arızın əsgərlərə qarşı pis davranışı, ordu içərisində baş qaldırmalara səbəb olmuş, ehtiyaçları ödənməyən əsgərlər maaşlarını vaxtlı-vaxtında ala biməyincə Əbu Əlinin adamları, Əmir Nuhun əmisi İbrahim bin Əhmədə məktub yazaraq ona əmirlik təklifində bulunmaya qərar verdilər. Bunu xəbər alan Əbu Əli hər nə qədər onları əməllərindən vaz keçirməyə çalışdıysa da, adamlarının təhdidləri üzərinə onların doğrultusunda hərəkət etməyə başladı. Əbu Əlinin üsyan etməsinin ən böyük nədəni bizcə onun Xorasan sipəhsalarlığından alınaraq yerinə İbrahim bin Simcurun təyin edilməsidir.. İbn Miskəveyh və İbn əl-Əsirin İraqlı tarixçilər olaraq söz etdiyi şəxslər, Əbu Əli ilə Əmir Nuhun aralarının açılmasının səbəbini İmadüddövlə Büveyhə bağlayırlar. Onlara görə İmadüddövlə bir yandan Əmir Nuha məktublar yazaraq Reyin ona verilməsini, bunun qarşılığında Əbu Əlinin Rey üçün verdiyi xəracdan yüz min dinar daha artıq ödəmə edəcəyini və Əbu Əliyə qarşı diqqətli olmasını bildirirkən, digər yandan da Əbu Əliylə xəbərləşərək, onu Əmir Nuha qarşı qızışdırır və əgər ona qarşı vuruşarsa, onu dəstəkləyəcəyini vəd edirdi. Bütün bu saydığımız nədənlərlə hərəkət edən Əbu Əli, sərkərdələrinin arzularına boyun əydi və Əmirin əmisi İbrahim bin Əhmədə məktub yazaraq ona əmirlik təklif etdi.
Azərbaycan–Çağatay ədəbi əlaqələri
Azərbaycan–Çağatay mədəni əlaqələri — Azərbaycan və Çağatay (özbək və uyğur dillərinin vahid əcdadı) dillərinin, ədəbiyyatlarının və digər mədəniyyət sahələrinin bir-biri ilə əlaqəsi və bir-birinə təsiri. == Dil == Azərbaycan və Çağatay dilləri arasındakı şivə yaxınlıqları Təbriz, Şirvan və digər Azərbaycan mədəniyyət mərkəzləri ilə, başda Herat olmaq üzərə Orta Asiya mədəniyyət mərkəzləri arasında cərəyan edən təmaslar nəticəsində yaranmışdır. Azərbaycan türkcəsi vasitəsilə Çağatay yazı dilinə bir çox qərb oğuz türkcəsi ünsürünün daxil olduğunun tədqiqatlarla sübut olunması mümkündür. Teymuri dövrü şairi Əlişir Nəvainin Azərbaycan ədəbiyyatına təsirini göstərən ən vacib xüsusiyyət Çağatay dili lüğətləridir. Tarixdə mövcud olan Çağatay dili lüğətlərinin çoxu İran və Azərbaycanda yazılmışdır. Bunlardan biri olan "Bədayi'u'l-Lüğət"də çağatayca ilə birlikdə Azərbaycan və İraq türkcəsi haqqında da qısaca məlumat verilir. Sənglah lüğəti isə Füzuli dilindən nümunələr verir. XIX əsrdə yazılmış Fətəli Qacar lüğəti Azərbaycan və Çağatay dillərini müqayisə etmiş, bəzi qrammatik nəticələr çıxartmış, Azərbaycan dilinin onda birinin çağatayca ilə bir olduğu qənaətinə gəlmişdir. Bəzi Azərbaycan dialektlərində -imci, -imimci, -iminci şəkilçi formalarına rast gəlinir. Bunun tarixi "Baburnamə" əsərinə qədər gedib çıxır: ikimci(si), ücümci(si), törtümci(si), beşümci(si), altimci(si), yetimci(si) və sekizimci.
Azərbaycan–Çağatay mədəni əlaqələri

Digər lüğətlərdə