ÇED

(Qarakilsə)
dincə qoyulmuş yer
ÇEÇİN
ÇEX’DİRMƏ
OBASTAN VİKİ
Ceyms Çedvik
Ceyms Çadvik (20 oktyabr 1891[…] – 24 iyul 1974[…], Kembric) — ingilis fiziki, London Kral Cəmiyyətinin üzvü (1927). Nobel mükafatı laureatı (1935). Ernest Rezerfordun şagirdi. == Həyatı == Mançester və Kembric universitetlərini bitirmişdir. Kembric Universitetində dərs demiş və Kavendiş laboratoriyasının direktor müavini (1923– 35), Liverpul Universitetinin professoru (1935–48) olmuşdur. Əsas işləri atom nüvəsi fizikasına aiddir. 1914-cü ildə beta-şüalanmanın kəsilməz enerji spektrini kəşf etmişdir. İlk işləri radioaktivliyə həsr olunmuşdur. == Fəaliyyəti == 1920-ci ildə eksperimental olaraq nüvənin yükünün elementin sıra nömrəsinə bərabər olmasını təsdiq etmişdir. Alfa-zərrəciklərin təsiri altında elementlərin çevrilməsini (Ernest Rezerfordla birlikdə) və qamma-kvantlarla elektron-pozitron cütünün əmələ gəlməsini öyrənmişdir (P. Blekket və C. Ok kialini ilə birlikdə).
Çeddi Caqan
Çeddi Berret Caqan [22.3.1918, Britaniya Qvianası (indiki Qayana), Port-Murant – 6.3.1997, Vaşinqton] — Qayana dövlət və siyasi xadimi, Qayana prezidenti. ABŞ-dakı Hovard (1936–38), Şimal-Qərbi (1938–42) universitetlərində və Gənc Xristianlar Assosiasiyasının Mərkəzi kollecində (1938–42) təhsil almışdır. 1943–45-ci illərdə Corctaunda stomatoloq işləmiş, zəhmətkeşlərin hüquqları uğrunda hərəkata qoşulmuşdur. Siyasi hərəkət komitəsinin (1946) təsisçilərindən biridir. 1945–47-ci illərdə Britaniya Qvianasının ağdərili olmayan əhalisinin ittifaqının sədri, 1947–53-cü illərdə Qanunverici şuranın üzvü olmuşdur. 1950-ci ildə arvadı Canet Caqanla birlikdə Mütərəqqi Xalq Partiyasını (MXP) təsis etmişdir; 1970-ci ildən MXP-nin baş katibi idi. 1953-cü ildən Ümumdünya Sülh Şurasının, 1969-cu ildən Şuranın Rəyasət Heyətinin üzvü ol muşdur. 1953 və 1957–64-cü illərdə baş nazir, eyni zamanda 1953-cü ildən kənd təsərrüfatı, sonra isə torpaq sahələri və mineral ehtiyatları naziri, 1957–61-ci illərdə ticarət və sənaye naziri, 1961–64 illərdə inkişaf və planlaşdırma naziri işləmişdir. Sol müxalifətin dəyişilməz lideri, Milli assambleyanın deputatı (1964–73, 1976–92) idi. 1992-ci ilin oktyabrından Qayananın prezidenti olmuşdur.
Çedvik Bouzman
Çedvik Aaron Bouzman (29 noyabr 1976, Anderson[d], Cənubi Karolina – 28 avqust 2020[…], Los-Anceles, Kaliforniya) — ABŞ aktyoru və prodüseri. "42" (2013), "Ayağa qalx" (2014) və "Marşal" (2017) kimi filmlərdə real şəxsləri canlandırmışdır. O, həmçinin "Qara pantera" (2018), "Birinci qisasçı: Qarşıdurma" (2016), "Qisasçılar: Sonsuzluq savaşı" (2018) və "Qisasçılar: Final" (2019) filmlərində Qara pantera rolunu canlandırması ilə məşhurdur. Bouzmanın digər filmlərinə "21 körpü" (2019) və "Beş qan" (2020) filmləri daxildir. Dörd il kolorektal xərçənglə mübarizə apardıqdan sonra 43 yaşında ölmüşdür. Onun ən sonuncu filmi "Ma Reyninin qara ətəyi" 2020-ci ildə ölümündən sonra Netflix-də buraxılıb. Bouzman afroamerikalı cütlük Karolin və Leroy Bouzmanın oğlu kimi Cənubi Karolinanın Anderson şəhərində doğulmuş və böyümüşdür. Bouzmanın sözlərinə görə DNT testi onun əcdadlarının Syerra-Leonedən olan Krio xalqı, Nigeriyadan olan Yoruba xalqı və Syerra-Leonedən olan Limba xalqı olduğunu göstərmişdir. Onun anası tibb bacısı idi, atası isə parça fabrikində işləyirdi. Bouzman 1995-ci ildə T.L.Anna liseyindən məzun olmuşdur.
Çedvik dağı
Çedvik dağı (norv. Chadwickryggen) — Şpitsbergen arxipelaqında (Norveç), Qərbi Şpitsbergen adasında yerləşən zirvə. Zirvənin hündürlüyü 1640 metrə çatır. Zirvənin hündürlüyü Şpisbergendə 4-cüdür. Zirvə Nyu-Frisland yarımadasında, Viydeforddan qərbdə yerləşir. Zirvə ingilis fiziki Ceyms Çedvikin şərəfinə adlandırılmışdır (1891—1974).