ÇİLİNGAĞAC

is. İki dəstə oyunçunun çiliyi və ya topu ağacla vurub müəyyən məsafəyə çatdırmasından ibarət uşaq oyunu.
[Uşaqlar] yaşıl bir yastanada çilingağac oynamağa başladılar. Ə.Abasov.

ÇİLİNG₂
ÇİLİNGƏR
OBASTAN VİKİ
Çilingağac
Çilingağac — Azərbaycanda əsasən yazqabağı, bayramqabağı günlərdə uşaq və gənclər arasında geniş şəkildə oynanılan ən qədim oyunlardan biri. Bu oyuna bəzi bölgələrdə pəldəstə deyilir. Çilingağac oyunu əsas hallarda iki üsulla oynanılır: Birinci üsul: Oyunda iki-üç nəfər oğlan uşağı iştirak edir. Hər oyunçunun bir dəyənəyi və bir "pəli" olmalıdır. Pəl bir qarış uzunluğunda hər iki ucu düzünə kəsilmiş çubuqdan düzəldilir. Böyük dairəvi cızıq çəkilir. Pəli cızığın ortasında qoyurlar. Püşk yolu ilə oyunu başlayırlar. Oyunçular bir-bir dəyənəklə əvvəlcə pələ vurur, onu yerdən bir qədər aralayıb ikinci dəfə dəyənəklə vurub cızıqdan çıxarmağa çalışırlar. Göstərilən qaydada oyunçular bir-birilə yarışırlar.

Digər lüğətlərdə