ÇİTƏMƏ

Dövrələmə, çəpər kimi. (“Koroğlu” dastanının lüğəti)

Dialektlərdə çitəmə qarğıdan hörülmüş çəpərə deyilir.

Bolu bəy Koroğlunu birbaş gətirdi Ərzincana. Zindana, zirzəmiyə etibar eləməyib, öz həyətində dərin bir quyu var idi, saldı o quyuya. Həyətin dörd bir ətrafına da çitəmə keşikçi düzdürdü. (“Koroğlu ilə Bolu bəy”)

*

Ondan Ərəb Reyhan əmr elədi şəhərin ətrafını çitəmə qoşun tutdu. Özlərinə də tapşırdı ki, səhərə qədər nə kənardan şəhərə adam qoysunlar, nə də şəhərdən kənarda. (“Koroğlunun Qars səfəri”)

ÇİNİ-MAÇİN
ÇOBAN-ÇOLUQ

Digər lüğətlərdə

ве́домственный жюри́ и́дольский на коря́чках наислабе́йший оса́да осолоне́ние сегрегацио́нный шпаклёвка ба́кен ворова́тость нюрики bone ash collapsar Himalaya hydrosere preliterate sapr- spurge sundress альтруист дробовик иссечь показание труднодоступный