Orxan Zahid oğlu Çobanov (2 avqust 1997; Xaçmaz rayonu, Azərbaycan — 28 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi.
Orxan Çobanov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Pirquluoba, Xaçmaz, Azərbaycan |
Vəfat tarixi | (23 yaşında) |
Vəfat yeri | Füzuli rayonu, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | Gizir |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi |
Təltifləri | 2020 2020 |
Orxan Çobanov 1997-ci il avqustun 2-də Xaçmaz rayonunun Pirquluoba kəndində anadan olub.[1]
Azərbaycan Ordusunun giziri olan Orxan Çobanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Orxan Çobanov sentyabrın 28-də Füzulinin azad edilməsi zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Çobanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Çobanov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]