ÇOVĞUNLU

sif.
1. Küləkli, qar və ya yağışlı; boranlı. Çovğunlu gecə.
– Rizvan belə qarlı və çovğunlu havada bir cüt öküzlə yola çıxmağa cürət etmədiyindən qonşusunun da öküzlərini aldı. S.Hüseyn.
…Qış fəslinin çovğunlu günlərindən biri idi. Y.Əzimzadə.

2. məc. Hadisələrlə dolu, həyəcanla dolu, gurultulu, kəşməkəşli.
Yaxşı bax, dünyanın başından keçən; Tufanlı, çovğunlu qərinələrə! S.Vurğun.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ÇOVĞUNLU boranlı
ÇOVĞUNLAMAQ
ÇOVUMA

Digər lüğətlərdə