ÇIRT

təql. Tüpürərkən çıxan səs.
□ Çırt atmaq – tüpürmək, tüpürərkən çırt səsi çıxartmaq.
[Qənbərqulu:] [Əsgər] uzun bir çubuq da qoyub damağına, sağa da çırt atır, sola da. B.Talıblı.
[Bəy] yandan düşmüş dişinin yerindən çırt atdı və danışdı. Mir Cəlal.

Çırt çubuğu – tənbəki çəkmək üçün uzun çubuq, qəlyan.
Rəhim bəy bunu deyərək bir dənə uzunquyruq çırt çubuğunu çıxardıb qabağına qoydu. Ə.Haqverdiyev.
[Aftil:] Kəblə Fatmanisənin də çırt çubuğu elə fısıldayır ki, elə bil paroxod bacasıdır. C.Cabbarlı.

Çırt tənbəkisi – çırt çubuğuna doldurmaq üçün tənbəki.
[Əmrah:] Necə ola bilər ki, çırt tənbəkisi çəkə, ağzından xanıma pis iy gəlməyə?! Ə.Haqverdiyev.

ÇIRPMAQ
ÇIRTAÇIRT
OBASTAN VİKİ
Çırtı, çırtı
ÇIRTI, ÇIRTI-qədim uşaq oyunudur. Uşaqlardan biri başçı seçilir. Başçı ortada dayanır, qalan uşaqlar isə dairəvi düzülurlər. Başçı əlində çubuq oyuna başlayır. Əvvəl-əvvəl sağ tərəfdə olan uşaqlara deyirlər: - Çırtı, çırtı! Sağdakı uşaqlar cavab verirlər: - Can çırtı! Soldakı uşaqlar deyirlər: - Bizim çırtı sizin çırtıya yalan dedi. Sağdakı uşaqlar deyirlər: - Kimin saqqalına yaraşır? Soldakı uşaqlar deyirlər: -Hər kəs ayağını çəp qoysa, onun saqqalına yaraşır. Bütün cərgədə olan uşaqlar soldan sağa bir-bir ayaqlarını irəli çıxarırlar.
Çırtıqlı (Həştrud)
Çırtıqlı (fars. چرتقلو‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 593 nəfər yaşayır (113 ailə).

Digər lüğətlərdə