ÜRƏKGETMƏ

is. Xəstəlik, ruhi sarsıntı nəticəsində huşunu itirmə halı; bayğınlıq, bihuşluq.
[Mehriban] indi bir ay olardı ki, ürəkkeçmənin əlaməti olan halları özündə hiss etməyirdi. S.Hüseyn.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ÜRƏKGETMƏ ÜRƏKGETMƏ(Sİ) [Zəhra:] Axır zamanlarda Çingiz ürəkgetmə azarına düşübdür (S.S.Axundov); ÜRƏKKEÇMƏ(Sİ) Ürəkkeçməsi olanlar, baş ağrısına mübtəla olanla
  • ÜRƏKGETMƏ bax: ürəkkeçmə
ÜRƏKDÖYÜNMƏSİ
ÜRƏKKEÇMƏ
OBASTAN VİKİ
Ürəkgetmə
Bayılma, özündən getmə, ürəkgetmə (lat. syncope) — beyində qısamüddətli qanazlığı nəticəsində birdən-birə halsızlaşma, başgicəllənməsi, gözün qaralması və nəhayət huşun itməsi. Bayılma zamanı xəstə huşunu tamamilə itirməyə də bilər. Bayılma beyinə gələn qanın qəflətən azalması nəticəsində huşun qısamüddətli itməsidir. Bu, adətən ayaqüstü və ya oturaq vəziyyətlərdə baş verir. Bayılma bayılmaönü vəziyyətlə müşayiət olunur. Belə ki, bayılmadan öncə xəstə özünü pis hiss edir, ayaqları sanki ağırlaşır, göz önündə qaralma və işartılar, qulaqlarda cingilti ola bilər, bəzən ürəkbulanma və qusma da olur. Xəstənin rəngi avazıyır, dərisi soyuyur, soyuq tər basır. Bütün bu əlamətlər çox zaman xəstəyə imkan verir ki, yıxılmamaq üçün tədbirlər görsün. Lakin bayılma qəfləti də ola bilər.

Digər lüğətlərdə

днева́лить заполо́шничать подда́ивать премудрёно бензи́новый берегозащи́тный вкра́пить журнали́стский капита́н-лейтенант мочи́ть наркома́н шешень autos-de-fe cancer-inducing cobordism enforcement Inverness-shire sticking whimsicality безобидный богословский магистерский пагубный рысистый умный