ŞALAQ

is. məh.
1. İri, sarı yemiş. Məlumdur ki, bir az hava qızdı, tərəkəmə əhli aranda dayana bilməz.
Gərəkdir yaylağa qaçsın və orada soyuq düşənə kimi gərək bağ-bostan solmamış özünü arana yetirib, şalaqdan və kal meyvədən yeyib qızdırmaya düşsün. F.Köçərli.

□ Şalaq qovun (yemiş) – tezyetişən iri qovun növü.
2. Kələmin kökünün dibində olan iri, qalın yarpaq.
3. məc. dan. Abırsız, həyasız. O, şalağın biridir.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ŞALAQ ağır — ləng
  • ŞALAQ yöndəmsiz — biçimsiz — yaraşıqsız
ŞALAXO
ŞALAPÁY

Digər lüğətlərdə