ŞASSİ́

[ fr. ] tex.
1. Müxtəlif maşın və qurğuların kuzovsuz çərçivəsi və ya özülü.
5 at gücündə olan motor maşını həm yedəkçi traktor kimi, həm də asma kənd təsərrüfatı alətləri ilə birlikdə motorlu şassi kimi işlətməyə imkan verir. (Qəzetlərdən).

2. Müxtəlif cihazların, radioaparatlarının və s.-nin əsas hissələrinin üzərində quraşdırılan özülü.
3. Təyyarələrdə: göyə qalxıncaya qədər və enəndən sonra onların aerodrom üzərində hərəkətinə xidmət edən və yerə endikləri zaman zərbə gücünü azaldan qurğu, hissə.
ŞARTILDAMAQ
ŞAŞDIRMA
OBASTAN VİKİ
Şassinyo
Şassinyö (fr. Chassignieu) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Viryo kantonuna daxildir. Kommunanın dairəsi — Labrtur-dyu-Pen. INSEE kodu — 38089. Kommunanın 1999-cu il üçün əhalisi 192 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 373 ilə 607 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 450 km cənub-şərqdə, Liondan 60 km cənub-şərqdə, Qrenobldan 39 km şimal-qərbdə yerləşir.

Digər lüğətlərdə