ƏFİ

is. [ ər. ]
1. Rəngi sarı, başı üçbucaq şəklində iri zəhərli ilan.
[Rizvan] qapının birindən daxil olan əfi ilanlara düçar olur. Ə.Haqverdiyev.
Axırda çalar canını, bir əfi ilandır; Əfisə çalandır. M.Ə.Sabir.

2. məc. Mənhus, xain, məkrli.
Əfi bir ilan kimi şübhə girir araya! N.Rəfibəyli.

// Bədxasiyyət, qəlbiqara, diliacı, başqasını sancan adam haqqında.
□ Əfi ilana dönmək, əfi ilan kimi fısıldamaq – son dərəcə qəzəblənmək, qeyzlənmək.
Onlar öz acı həyat təcrübələrindən bilirdilər ki, səfər üstündə Zərrintac xanım necə bir əfi ilana dönür. S.Rəhimov.
Rəhim bəy hirsindən əfi ilan kimi fısıldadı. M.Hüseyn.

3. məc. Klassik şeirdə: gözəlin qıvrım saçları bu ilana təşbeh edilir.
Əfi kimi daim zülfi-müsəlsəl; Qıvrım-qıvrım olub yatar yanında. Q.Zakir.
Hərdən götür üzdən, gözəlim, əfiyi-zülfün. Ə.Vahid.

□ Əfi baxışlı klas. – ehtiraslı, cazibəli baxışlı.
Yenə səni gördüm, bağrım oxlandı; Ey əfi baxışlı, havalı sərxoş. M.P.Vaqif.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ƏFİ mənhus — xain — məkrli
ƏFĞAN
ƏFİL-ƏFİL
OBASTAN VİKİ
Əfifə Kərəm
Əfifə Kərəm (ərəb. عفيفة كرم‎; 22 iyul 1883 – 28 iyul 1924, Şrivport) — Livan əsilli jurnalist, roman yazıçısı və tərcüməçi. == Həyatı == Afifa Kərəm Amxitdə,(indi Livan Mutasarrifate dağları ətrafında məkan) Osmanlı ordusuna xidmət edən varlı bir həkim ailəsində anadan olmuşdur.Qohumu Con Karamla evlənəndə onun on üç yaşı vardı və ona qədər yerli missioner məktəblərində təhsil almışdı. 1897-ci ildə əri ilə birlikdə ABŞ-yə köçdü və Luiziana ştatının Şrivport şəhərində yerləşdi. == Jurnalistika == Kərəm ərəb dili və ədəbiyyatı öyrənməyə davam etdirirdi. 1903-cü ildə iyirmi yaşında yazısını Nyu-Yorkda yerləşən ərəbdilli Əl-Hoda qəzetinə rəhbər təqdim etməyə başladı. Onun baş redaktoru Naoum Mokarzel ona ərəb ədəbi mətnlərini oxumaq üçün təmin etdi və şəxsən onun yazısını tənqid etdi. 1911-ci ildə, ölkədən kənarda olduğu müddətdə onu altı ay müddətinə kağıza tapşırdı. Elə həmin il Kərəm iki il sonra ikinci nəşr olan Əl-İmra'a əl-ələ verərək Məcallat əl-İlam əl-Cədid əl-Nis’iyyə (Yeni Dünya: Bir Xanımlar Aylıq Ərəb Jurnalı, 1911) qurdu. 1913-cü ildə Kərəm tərəfindən qurulan "Suriyyi Karramyya" (Suriyalı Qadın) dünyada şöhrət topladı.

Digər lüğətlərdə