ƏKLİL

is. [ ər. ] Çiçəklərdən və ya yarpaqlardan dairə və ya tac şəklində hörülmüş bəzək; çələng. Canlı çiçəklərdən düzəldilmiş əklil.
– İrəlidə Azərbaycan aktyorları əklil aparır, bunların ardınca teatrın Şərq orkestri matəm marşı çalırdı. C.Cabbarlı.
Səadət əklili ona töhfədir… M.Rahim.
Qar altında yaz gözləyən əkin kimi; Ədalətə heykəl yonsan, əklil kimi. M.Araz.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ƏKLİL çələng
ƏKKASXANA
ƏKMƏ
OBASTAN VİKİ
Əklil çubuqlucası
Əklil çubuqlucası (lat. Philadelphus coronarius) — hortenziyakimilər fəsiləsinin çubuqluca cinsinə aid bitki növü. == Təbii yayılması == Qərbi Avropanın cənubunda yabanı halda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 3 m, çətirinin diametri 1,5-2 m olan koldur. Çətiri şaxələnmiş, orta sıxlıqdadır. Zoğları çılpaq və ya cavan vaxtı tüklə örtülmüş olur. Qabığı qəhvəyi-qonur rəngli olub, çatlayandır. Yarpaqları yumurtavari və ya uzunsov - yumurtavari, uzunluğu 4-8 sm, eni isə 1,5-5 sm-dir. Uc tərəfdən sivri, bünövrəsi enli, pazvari və ya dairəvi, kənarları seyrək dişli, üst tərəfdən çılpaq, alt tərəfdən isə tüklüdür. May ayında çiçəkləyir.

Digər lüğətlərdə

конве́ртик невозде́ржно подтасо́вка прорыхля́ть се́пия скоростре́льность уругва́йцы яры́га абсолюти́зм кро́лик лите́йный по мо́де разду́мки ша́бат челна Chinese red jesse new-fashioned porcelaneous rhapsodic wold Women's Lib кабала самостоятельно шинкарка