ƏNTƏR

is.
1. Bədəninə nisbətən çox uzun qolları olan meymun.
Gözünün üstündə buxara papaq; Əntərə bənzəyir o kor yapalaq. S.Vurğun.

2. məc. Çox çirkin, eybəcər, kifir adam haqqında.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ƏNTƏR çirkin — kifir — yöndəmsiz

Omonimlər

  • ƏNTƏR ƏNTƏR I is. [ ər. ] zool. Meymun cinsi. Gözünün üstündə buxara papaq; Əntərə bənzəyir o kor yapalaq (S

Antonimlər (əks mənalı sözlər)

  • ƏNTƏR ƏNTƏR – GÖZƏL Qızların ən əntəri Güldəstə idi. Dilarə gözəl idi, bəlkə də, yer üzündəki bütün qızlardan gözəl idi (Ə
ƏNÖV
ƏNTİQ
OBASTAN VİKİ
Yapon əntəri
Yapon əntəri (lat. Macaca fuscata) — Əntərlər cinsinə aid olan meymun növü. Yakuşima adasında yaşayan əntərlər qısa xəzə malik olmaları ilə yanaşı özünü aparma mədəni xüsusiyyətlərinin formalaşması ilə seçilirlər. Bu səbəbdən onlar ayrı yarımnöv (Macaca fuscata yakui) hesab edilir Erkəklərin hündürlüyü 80–95 sm, kutleləri 12–14 kq, dişilər istər ölçü istərsə çəki baxımından erkəklərdən geri qalır. Meymunlar qırmızı dəriyə və tünd boz xəzə malik olurlar. Bədəni burun və əllər istisna olmaqla qəhvəyi ləkələrlə örtülüdür. Quyruqları qısa olur və 10 santımetri keçmir. Boğazlıq dövrü 170–180 gün davam edir. Yeni doğulan körpə 500 q çəkiyə malik olur. İki və daha artıq balanın doğulması nadir hallarda baş verir.
Əntərmeymunlar
Əntərmeymunlar (lat. Cercopithecidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin primatlar dəstəsinin quruburunlar yarımdəstəsinə aid heyvan fəsiləsi.
Əntərə ibn Şəddad
Əntərə ibn Şəddad (525-608) — ərəb şairi. Şairin atası Şəddad Əbs qəbiləsinin başçısı idi. Anası həbəşistanlı bir kölə olduğundan Əntərə uzun müddət qəbilənin tam hüquqlu üzvü olmamış, onunla bir qul kimi rəftar edilmiş, onu ən ağır işlərə göndərmişlər. Əntərə böyüdükcə onda öz kölə vəziyyətinə olan etiraz da artır, o başa düşünür ki, atası onu bir oğul kimi qəbul etməyənədək bir qul olaraq qalacaq. Şairin mənsub olduğu Əbs qəbiləsi ərəb qəbilələri içərisində öz döyüşkənliyi və mübarizliyi ilə seçilirdi. Bu qəbilə uzun müddət Zübyan qəbiləsi ilə müharibə aparmışdır. Aramsız müharibələr Əntərənin də bir igid cəngavər kimi formalaşmasına gətirib çıxarır. Cəsur bir döyüşçü kimi tanındıqca Əntərənin azadlıq istəyi də artır və o, köləlikdən qurtarmaq üçün fürsət axtarır. Rəvayətə görə, bir gün Əbs qəbiləsinin kişiləri ovda olarkən, Tayy qəbiləsi hücum edib çoxlu mal-qara, sərvət ələ keçirir. Şəddad Əntərəyə düşməni təqib etməyi əmr etsə də, Əntərə bir kölə olduğu üçün və bu səbəbdən də əsas məşğuliyyətinin mal-qara otarmaq olduğunu bildirib bu yürüşdən imtina edir.

Digər lüğətlərdə