1. Ətcə dolğun; kök, ətli-canlı.
[Kərim baba] yaşlı olduğu halda, daima açıq, geniş çöllərdə yaşamış bu adamın üzü ətli, yanaqları qıpqırmızı, vücudu sapsağlam idi.
Çırağın tutqun işığında [Qaragünənin] iri, ətli üzündəki çopurlar daha dərin görünürdü.
// Yaxşı, bol əti olan. Ətli qoyun.
2. Üstünü, yanlarını ət basmış.
Ayrım qızı kiçik, qumral və yanları ətli gözləri ilə gülümsəyərək dedi: – Qoy istədiyi qədər şikayət eləsin.
// Qalın.
Carçıyev ətli, qırmızı dodaqlarını yayıb qımışdı.
3. Ətdən hazırlanmış, içərisində ət olan. Ətli xörək. Ətli dovğa.
4. məc. dan. Varlı.