ÇÖL
ÇÖL
OBASTAN VİKİ
Çöl
Çöl — əsasən düzənlik və alçaq təpəliklərdən ibarət olmaqla Yerin meşə zolağından cənuba doğru başlayır. Əsasən kserofil və mezokserofil ot bitkilərindən ibarət meşəsiz ərazidir. Çöllər üçün qara və şabalıdı torpaq səciyyəvidir. Çöllərin bitkiləri başlıca olaraq ağ ot, dovşanotu və s. dənli bitkilərdən ibarətdir. Heyvanlardan çöllərdə gəmiricilər daha çox yayılmışdır. Çöl əsasən mülayim qurşaqlarda yerləşir.Bu ərazilərin əsas heyvan növlərinə mülayim və subtropik enliklərdə antilop,dəvə,sürünənlərdən kərtənkələ,ilan,həşəratlardan isə əqrəb aiddir.Çöllərdə ot örtüyü üstünlük təşkil edir..
Vəhşi çöl
Vəhşi çöl (rus. Дикое поле) — Qara və Azov dənizi ətrafı tarixi çöl əraziləri. Qərbdən Dnestr çayı ilə, şərqdən isə Don və Xoper çayları ilə həmsərhəddir. Ərazi əhalinin az məskunlaşdığı bölgə hesab olunur. == Coğrafiyası == Reç Pospolitaya məxsus, Levasser de Boplanın (Guillaume Le Vasseur de Beauplan) tərtib etdiyi xəritədə ilk dəfə olaraq (1648) "Vəhşi çöl" (Dzike Polie) sözü istifadə edilmişdir. Ərazini məhsuldar olmayan torpaqlarına görə belə adlandırmışdılar. Bəzən sinonim kimi (lat.. Loca deserta) sözündən də istifadə olunurdu. Vəhşi çöl ümumi qəbul edilmiş dəqiq sərhədlərə malik deyildi. Müasir dövrdə bu bölgəyə Ukraynanın Luqansk, Donetsk, Zaporojiya, Dnepropetrovski, Kirovoqrad, Nikolayev, Odessa, Poltava, Sumı, Xarkov və Xerson vilayətləri, Dnestryanı və Rusiyanın Belqorod, Lipetsk, Tambov, Penza, Voronej, Saratov, Volqoqrad, Rostov vlayətləri daxildir.
Çöl-Ərəb
Çöl Ərəb — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Muradxan inzibati ərazi dairəsinə daxildir. == Tarixi == == Toponimikası == Çöl Ərəb oyk. Kürdəmir r-nunun Muradxan i.ə.v.-də kənd. Şirvan düzündədir. Oykonim çöl (düzənlik) və Ərəb (etnotoponim komponentlərindən düzəlib, "düzənlikdə yerləşən Ərəb kəndi" mənasındadır. Toponimin tərkibindəki birinci komponent yaşayış məntəqəsini keçmişdə bu ərazidə mövcud olmuş çoxsaylı ərəb komponentli (Ərəb Qaradağ, Ərəb Çəltikçi, Ərəb Sarvan, Ərəb Mehdibəy və b.) kəndlərdən fərqləndirməyə xidmət edir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 526 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Çöl Ağaməmmədli
Çöl Ağaməmmədli — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Sabirabad rayonunun Əlilambəyli inzibati ərazi vahidində kənd. Muğan düzündədir. Yaşayış məntəqəsini İmişli rayonunun Ağaməmmədli kəndindən ayrılmış ailələr salmışlar. Oykonim çöl (bayır, əsas kənddən aralı) və Ağaməmmədli (əvvəlki yaşayış yerinin adı) komponentlərindən düzəlib. "kənardakı Ağaməmmədli kəndi" deməkdir.
Çöl Beşdəli
Çöl Beşdəli — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Sabirabad rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Muğan düzündədir. Oykonim çöl və Beşdəli (etnotoponim) komponentlərindən düzəlib, "kənarda olan Beşdəli kəndi" deməkdir. Burada çöl komponenti yaşayış məntəqəsini rayonun ərazisindəki Beşdəli adlı kənddən fərqləndirməyə xidmət edir. == Məşhur həmyerliləri == Yavər Camalov – Azərbaycan Respublikasının Müdafiə Sənayesi naziri.
Çöl Dəllək
Çöl Dəllək — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 365 nəfərdir (2009).
Çöl Göylər
Çölgöylər, Göylərçöl — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Göylər Çöl kəndi rayon mərkəzindən 25 km cənubda, Ləngəbiz silsiləsinin ətəyindədir. Oykonimin birinci komponenti Səlcuq oğuzlarının salor tayfasına mənsub göglər qolunun adını əks etdirir, ikinci komponent isə kəndin düzənlikdə yerləşdiyini göstərir. XIX əsrin ortalarına aid hadisələri əks etdirən mənbələrin məlumatına görə, Pirmərdəkan dağında yarımköçəri həyat keçirən 96 ailəli göylər tayfasından bir hissəsinin dağlıq zonada, digər hissəsinin isə düzənlikdə (collükdə) məskunlaşması nəticəsində iki kənd yaranmışdır. Oykonim "düzənlikdə olan Göylər kəndi" deməkdir. 1981-ci ildə 400 nəfər əhalisi olmuşdur. İbtidai və səkkizillik məktəb, tibb məntəqəsi, Şeyx Tair türbəsi, tarixi abidələrdən çoxtəbəqəli "Təpədibi" yaşayış yeri, Pirəbğdad türbəsi, qəbiristan, "Qalacıq" yaşayış yeri var. == İqtisadiyyatı == Əhali əsəsən kənd təsərrüfatı, əkinçilik və maldarlıqla məşğul olur.
Çöl Qubalı
Çöl Qubalı — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Çöl Qubalı oyk. Kürdəmir r-nunun Ərəbqubalı i.ə.v.-də kənd. Şirvan düzündədir. Toponimin birinci komponenti keçmişdə burada mövcud olmuş İçəri Qubalı kənd adının birinci komponentinin qarşılığıdır və "kənar" mənasındadır. Toponimin ikinci komponenti isə, mütəxəssislərin fikrincə, ərəbkufəli etnoniminin təhrif olunmuş formasıdır. Ərəb işğalları dövründə (VII əsr) İraqın Kufə mahalından köçürülmüş tayfalardan biri olan ərəb-kufəlilər bu ərazidə məskunlaşmışdılar. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1027 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Çöl aslanı
Səhra aslanı (ing. Lion of the Desert) — Liviyanın xalq qəhrəmanı Ömər Muxtarın İtaliya müstəmləkəçiliyinə qarşı mübarizəsindən bəhs edən 1981-ci il ABŞ-Liviya birgə istehsalı dramatik döyüş filmi. Prodüserliyini və rejissorluğunu ərəb əslli ABŞ-lı kinematoqraf Mustafa Akkadın etdiyi filmin əsas rollarında Anthony Quinn, Oliver Reed, Irene Papas, Rod Steiger, John Gielgud və Raf Vallone oynamışdır. Filmin əsas musiqisi Maurice Jarreyə aiddir. Gerçək hadisələrə əsaslanan bu bioqrafik, epik filmdə 1929-cu ildə İtaliyada iqtidarda olan faşist diktator Benito Mussolininin Böyük Roma İmperiyasını yenidən qurma planlarının bir parçası olaraq Liviyanı müstəmləkələşdirmək üzrə bu Şimali Afrika ölkəsinə göndərdiyi güclü ordularının, Ömər Muxtar liderliyindəki Liviya xalqının inadkar müqaviməti qarşısında heç gözləmədikləri ağır itkilərə uğramaları izah edilməkdədir. Filmi Liviya lideri Muəmmər Qəddafi maliyyəyələşdirmişdir. Tərcümə edildikdən bir il sonra dövrün İtaliya baş naziri Giulio Andreotti filmin İtalyan ordusunun qürurunu zədələyici fraqmentlər ehtiva etdiyini ifadə etmiş və bunun üzərinə film 1982-ci ildə İtaliyada qadağan edilmişdi. 1988-ci ildən etibarən filmin İtaliyada bəzi festivallarda qeyri-qanuni olaraq göstərilməsinə hökumət tərəfindən göz yumulmuşdu. Filmin rejissoru 1930-cu ildə Hələbdə (Suriya) doğulan Mustafa Akkad uzun illər ABŞ-da prodüserlik və rejissorluq etmişdir. Hellovin filmlərinin babası olaraq da xatırlanan Akkad 2005-ci ildə İordaniyada məruz qaldığı bombalı terror hücum nəticəsində həyatını itirmişdir.
Çöl ağcaqayını
Çöl ağcaqayını (lat. Acer campestre) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin ağcaqayın cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 15 m-yə qədər olan enli çətirli ağac və yaxud ağacşəkilli hündür koldur. Gövdəsinin qabığı qonura çalan-boz rəngdə olub, uzununa çatlıdır. Yarpaqlarının uzunluğu 4-8 sm, eni 4-10 sm, küt 5-bölümlü, nadir hallarda 3-bölümlüdür, yarpağın qaidə hissəsi ürəkşəkillidir, nazikdir, üst tərəfədən tutqun tünd-yaşıl, alt tərəfədən isə daha açıqdır, sarımtıl-yaşıl rənglidir və tükcüklüdür və yaxud yalnız yarpaqların küncündə saqqalcıqlıdır. Saplaqları eynidir, yarpaq ayasından bir az uzun və ya qısadır. Çiçəkləri xırda, sarımtıl-yaşıl rəngdədir. Çiçək qrupunun oxu, çiçək saplağı, kasa yarpağı və ləçəklər (kənarları) tükcüklüdür. Qanadcıqlarının uzunluğu 2-4 sm-dir, üfüqi xətt üzrə yerləşmiş, bəzən qanadları oraqvari əyilmiş halda olur. Findiqca meyvələri çılpaq və ya yumşaq tükcüklüdür.
Çöl belibağlısı
Çöl belibağlısı (lat. Circus macrourus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin belibağlı cinsinə aid heyvan növü. == Kateqoriya və statusu == (III-VU). Həssas, sayı azalmaqda olan növdür. == Qısa təsviri == Qarğadan az böyük, amma zərif qamətli quşdur. Erkəyinin bel tərəfi mavi-boz, döşü və qarın hissəsi ağdır. Üz dairəsi bayquşu xatırladır, özü isə qağayıya oxşayır. Qanadlarının altı təmiz ağdır. Dişisinin bel tərəfi tutqun rənglidir. == Yayılması == Avropada və Asiyada nəsil verir, Asiyanın cənubunda və Afrikada qışlayır.
Çöl donuzu
Çöldonuzu və ya qaban (lat. Sus scrofa) — donuzlar fəsiləsindən gövşəməyən cütdırnaqlı məməli heyvan. Bədənin uzunluğu 130–175 sm, kütləsi 60–150 kq. Ayaqları qısa, nisbətən nazikdir. Qaban ölçüləri və proporsiyaları müxtəlifdir. Başı iri, pazşəkillidir. Baş bədənin 1/3 hissəsini təşkil edəcək qədər böyükdür. Başın ölçü və forması yeri qazmaq üçün əlverişlidir. Boyun əzələləri güclüdür. Gözləri xırdadır və nisbətən dərində yerləşir.
Çöl göyərçini
Çöl göyərçini (lat. Columba livia) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin göyərçinkimilər dəstəsinin göyərçinlər fəsiləsinin göyərçin cinsinə aid heyvan növü.
Çöl iqlimi
Quru və ya arid iqlim (lat. aridus – quru) — rütubət əmsalının vahiddan çox kicik olduğu, torpaqda rütubatin kəskin çatişmadğı iqlim şəraiti. Yayı isti və quru keçən illik yağıntının miqdarı isə 450 mm-dən artıq olmayan iqlimdir. Mülayim enliklərin çöllərində qış soyuq, subtropik və tropik zonaların çöllərində isə mülayim isti keçir. Təkcə tranzit çaylar (Nil, Amudərya və b.) arid iqlim zonasını kəsib keçir, az sulu çaylar isə axımsız göl və şoranlıqlar əmələ gətirirlər. Bitki örtüyü ya olmur, ya da çox seyrək və quraqlığa davamlı formalardan ibarətdir. Quru kövrək süxurlar küləklə asanca aşınır və alevrit hissəcikləri səhra hüdudlarından kənara aparılaraq, qumsal süxurda eol relyef formaları əmələ gətirir. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.
Çöl kələmi
Şalğam-turp (lat. Brassica rapa) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin kələm cinsinə aid bitki növü. == Sinonimləri == Barbarea derchiensis S.S. Ying Brassica amplexicaulis Hochst. ex A.Rich. [Illegitimate] Brassica antiquorum H.Lév. Brassica asperifolia Lam. Brassica asperifolia var. esculenta Gren. & Godr. Brassica asperifolia var.
Çöl marmotu
Bozqır marmotu (lat. Marmota bobak) — gəmiricilər dəstəsinin sincablar fəsiləsinə aid məməli heyvan növü.
Çöl məscidi
Çöl məscidi və ya Dondarlı məscidi — Qubadlı rayonu, Dondarlı kəndi ərazisindı yerləşən Arran memarlıq məktəbi üslubunda tikilmiş məscid. Məscidin üzərində olan dörd yumru xanadakı yazılardan bəlli olur ki, dini ibadət yeri XIX əsrin ortalarında inşa edilib. Giriş qapısı üzərində olan yarım dairəvi tağbəndə ki, yazıda hicri təqvimi ilə 1281-ci il qeyd edlib. Bu da miladi tarixi ilə 1860-cı il hesab olunur. Həmcinin bu kitabədə qeyd olunur: Sahibul cəmaətul Dondarlı, yəni onun sahibi Dondarli caamatıdır. Məscidin üzərində daha bir kitabədə isə binanın hicri 1081-ci ildə tikildiyi yazılıb. Bu da miladi tarixlə 1670-ci il hesab olunur. Bu yazılarda aydın olur ki, Dondarli kənd məscidi bir dəfə uçulduqdan sonra, yenidən tikilib. Məsciddə xidmət edən nəsl şəcərəsi 1916-cı ilə kimi həmin məscid də fəaliyyətini davam etdirmişdir. Sovet hökuməti tərəfindən rerpessiya olunmuş Azərbaycanın tanınmış ziyalısı Bəhlul Əfəndi (Bəhlul Behçət) bu nəsildəndir.
Çöl nanəsi
Kəkotu (lat. Satureja) – dalamazkimilər fəsiləsinə aid bitki cinsi.
Çöl pişikdırnağı
== Təbii yayılması == Aralıq dənizinin şərq hissəsi və İranda yayılmışdır. Dağıtım sahəsinə Türkiyə və Kipr, Əlcəzairdən Fələstinə, İordaniyaya, Suriyaya, Ərəbistana, İraqa, Əfqanıstana, Pakistana və Qafqazın bir hissəsi, Orta Asiya və İrandan Hindistana qədər daxildir.[1] == Botaniki təsviri == Şaxəli tikanlı kolcuqdur, hündürlüyü 50–60 sm-ə çatan, nazik, möhkəm və əyilən budaqlıdır, üzəri konusşəkilli qırmızımtıl tikanlıdır. Cavan budaqlar və yarpaq saplaqları qısa tükcüklüdür. Yarpaqlar uzunsov-ovalşəkilli, uzunluğu 4–6 sm-dir. İkiqat cütlələkvaridir. Yarpaqcıqları xırda, 2,5–5,0 mm uzunluqda və 2 mm-ə qədər enində olub, xətvari, uzunsov formalı, üzəri qısa-tüklü, çox xırda saplaqcıqlarda yerləşir. Salxımları sıx, silindrik, çoxçiçəkli, yarpaqların qoltuqlarında yerləşir, ölçüsünə görə yarpaqlara bərabər və ya onlardan azca qısadır. Kasacığı dairəvi, 5 qısa dişcikli, tacı 4–5 mm-ə qədər uzunluqda olub, solğun və ya açıq sarı rəngdədir. Erkəkcikləri sərbəst, tacdan uzundur. May-iyun aylarında çiçəkləyir, meyvəsi iyul-sentyabrda yetişir.
Çöl qartalı
Çöl qartalı (lat. Aquila nipalensis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin qartal cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. == Status == Azərbaycanda sayı azalan nadir, köçəri növdür. == Yayılması == Köçmə zamanı Xəzərin sahilində və respublikanın başqa aran rayonlarında təsadüf edilir. Dunay çayının aşağı axarında, Qazaxıstanın şimalında və Sibirin cənub-qərbində yuvalayır. Afrikada və başqa isti ölkələrdə qışlayır. == Yaşayış yeri == Açıq sahələrdə yaşayır. Xam torpaqların istifadə edilməsi çöl qartalının yaşayış yerlərini azaldır. == Təbiətdə sayı == Dəqiq məlumat yoxdur.
Çöl qatırquyruğu
Çöl sarmaşığı
Çöl sarmaşığı (lat. Convolvulus arvensis) — sarmaşıq cinsinə aid bitki növü.
Çöl sarı
Çöl sarı (lat. Buteo rufinus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl sar cinsinə aid heyvan növü. == Kateqoriya və statusu == (II-EN). Təhlükə altındadır. Məhdud ərazidə qalıb. == Qısa təsviri == Qarğadan böyük yırtıcıdır. Qanad lələklərinin dibi ağdır, havada uçarkən aydın görünür. Bel tərəfi açıq-qonur, qarın tərəfi kürəndir. Qanadlarının tinində (əyrisində) tünd rəngli böyük ləkə var (uzaqdan görünür). == Yayılması == Avropa, Asiya və Şimali Afrikada yayılıb.
Çöl sarımsağı
Çöl sərçəsi
Ağac sərçəsi (Passer montanus) — Avrasiyada yaşayan sərçə növləridir.
Susqunlar çölü
Susqunlar çölü (fin Hiljainen kansa - azərb. Susqun insanlar‎) — Finlandiyanın şimal-şərqində, kiçik Suomussalmi şəhərciyindən bir neçə 30 kilometr ərazidə insan müqəvvaları ilə doldurulmuş böyük bir ərazi. == Tarixi == Bu layihənin rəhbəri yerli rəssam Reyo Keladır. O, belə bir işini ilk dəfə 1988-ci ildə paytaxtın şəhər ətrafı ərazilərindən birində yaratmışdır. 6 ildən sonra - 1994-cü ildə bu layihəni Helsinkidə Senator meydanına təqdim edir. Elə həmin ildə də müqəvvalar hazırkı əraziyə köçürülür və bu günə qədər orada qalmaqdadır. == Mövcud vəziyyəti == Buradakı müqəvvaların ümumi sayı minə yaxındır. Bu müqəvvalar günün başlanğıcında dəhşətli görünsə də, hər şey sonradan dəyişir. İldə iki dəfə könüllü şəxslər bu müqəvvaların geyimlərini dəyişirlər.
Tarim hövzəsində yarpaqlı meşələr və çöl
Tarım hövzəsi yarpaqlı meşələr və çöl Qərbi Çinin Sincan Uyğur Muxtar Bölgəsində mülayim enli və qarışıq meşələr eko bölgəsidir. Ekoloji bölgəyə, əksinə quraq bir bölgədə bölgənin çayları tərəfindən davamlı yarpaqlı sahil meşələri və çöllər daxildir. == Coğrafiya == Tarım hövzəsi Çinin ən qərbində yerləşən səhra hövzəsidir. Hövzə yüksək dağlarla əhatə olunmuşdur - cənubda Tibet yaylası, şimal kənarını təşkil edən Kunlun dağları ; qərbdə Pamir dağları; şimalda Tyan-Şan ilə. Hövzə qurudur, lakin ətraf dağlarda xeyli yağış və qar yağır. Çaylar hövzəyə dağlardan, o cümlədən qərbdəki Kunlun dağlarını qurudan, şimala doğru axan Hotan çayı, Pamiri axıdan Yarkənd çayı və qərb Tian Şan dağlarından axıdılan Aksu çayı daxil olur. Bu çaylar şimal və şərq hövzəsi boyunca bir qövs içində 1300 km axan Tarım çayını əmələ gətirir. Konqque çayı mərkəzi Tyan-Şandan cənub-şərqə axır. Aşağı Tarım çayı cənub- şərq hövzəsindəki Taitema gölünə cənub-şərqdən, Kongque isə şərqdən Lobnora tökülür. Qarqan çayı mərkəzi Kunlun dağlarında qalxır və eyni zamanda şimal-şərqə doğru Taitema gölünə tökülür.
Tatar çölü (əsər)
Tatar çölü — Dino Bussatinin 1940-cı ildə nəşr olunan romanı. 1949-cu ildə əsərin fransız dilinə tərcüməsindən sonra Bussatini dünyaca məşhur yazıçıya çevirmişdir. Roman həyatın mənasına və insanın taleyə boyun əyməsinə tamam başqa yönümdən nəzər salır. Əsər 2013-cü ildə Aslan Quliyev tərəfindən azərbaycan dilinə tərcümə olunmuşdur. == Məzmunu == Romanın qəhrəmanı gənc leytenant Droqo,ölkəsinin sərhədindəki qalalardan birinə göndərilir. Bastiani qalasında sıxıntılı günlər keçirən, əvvəlcə heç bir gün də qalmaq istəməyən leytenant Covanni Droqo burada ancaq dörd ay qala biləcəyinə qərar verir. Amma yaşadığı o dörd ayın hadisələri, hərbçi qüruru və Tatar çölünün vəhşi cazibəsi ayları illərə çevirir.
Xaraba Çölarx (Bicar)
Xaraba Çöl Arx (fars. خرابه چول ارخ‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 170 nəfər yaşayır (39 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Yarımsəhra və quru çöllər iqlimi
Yelisey çölləri
Şanzelize prospekti və ya Şanzelize Bulvarı (Fransız dili: Avenue des Champs-Élysées; qısaca Şanzelize, Champs-Élysées), Fransanın paytaxtı Paris in məşhur bir prospektidir. Parisin ən gözəl prospekti olaraq göstərilməkdədir və Fransızlar aralarında dünyanın ən gözəl bulvarı deyə xitab edərlər. Adını Yunan mifologiyasında cənnət olaraq göstərilən Elysion düzənliklərindən götürmüşdür. == Mövqeyi == Şanzelize Parisin şimal qərbində, 8. bölgəsində var. Luksor Obeliski tapıldığı Concorde Meydanından başlar və Arc da Triomphe abidəsinin tapıldığı Charles də Gaulle Meydanında bitər (köhnə adı Ulduz Meydanı). 1950 metr uzunluğundakı bulvarın ilk kilometri düz, ikinci kilometri isə yoxuşludur. Genişliyi isə 70 metrdir. Yol boyu düz xəttli olduğu üçün sırasıyla Louvre Sarayı, Arc da triomphe du Carrousel, Tuileries Bağçası və Luksor Obeliski və bir az qərbdə Paris xaricində qalan Arche də la Défense düzülər. Fransız səlahiyyətlilər bu düz xəttli yola Axe Historique adını vermişlər.
ÇölGöylər
Çölgöylər, Göylərçöl — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Göylər Çöl kəndi rayon mərkəzindən 25 km cənubda, Ləngəbiz silsiləsinin ətəyindədir. Oykonimin birinci komponenti Səlcuq oğuzlarının salor tayfasına mənsub göglər qolunun adını əks etdirir, ikinci komponent isə kəndin düzənlikdə yerləşdiyini göstərir. XIX əsrin ortalarına aid hadisələri əks etdirən mənbələrin məlumatına görə, Pirmərdəkan dağında yarımköçəri həyat keçirən 96 ailəli göylər tayfasından bir hissəsinin dağlıq zonada, digər hissəsinin isə düzənlikdə (collükdə) məskunlaşması nəticəsində iki kənd yaranmışdır. Oykonim "düzənlikdə olan Göylər kəndi" deməkdir. 1981-ci ildə 400 nəfər əhalisi olmuşdur. İbtidai və səkkizillik məktəb, tibb məntəqəsi, Şeyx Tair türbəsi, tarixi abidələrdən çoxtəbəqəli "Təpədibi" yaşayış yeri, Pirəbğdad türbəsi, qəbiristan, "Qalacıq" yaşayış yeri var. == İqtisadiyyatı == Əhali əsəsən kənd təsərrüfatı, əkinçilik və maldarlıqla məşğul olur.
Çöl Beşdəli bələdiyyəsi
Sabirabad bələdiyyələri — Sabirabad rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Çölcə (İcrud)
Çölcə (fars. چولچه‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 90 nəfər yaşayır (23 ailə).
Çölcəqışlaq (İcrud)
Çölcəqışlaq (fars. چولچه قشلاق‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 142 nəfər yaşayır (40 ailə).
Çöldonuzu
Çöldonuzu və ya qaban (lat. Sus scrofa) — donuzlar fəsiləsindən gövşəməyən cütdırnaqlı məməli heyvan. Bədənin uzunluğu 130–175 sm, kütləsi 60–150 kq. Ayaqları qısa, nisbətən nazikdir. Qaban ölçüləri və proporsiyaları müxtəlifdir. Başı iri, pazşəkillidir. Baş bədənin 1/3 hissəsini təşkil edəcək qədər böyükdür. Başın ölçü və forması yeri qazmaq üçün əlverişlidir. Boyun əzələləri güclüdür. Gözləri xırdadır və nisbətən dərində yerləşir.
Çölistan
Çolistan / Çölistan (urdu چولستان, ing. Cholistan) və ya Roxi (pənc. روہی) — Pakistanın Bahavalpur və Pəncab vilayətlərindən 13 km aralıda yerləşən səhralıq ərazi. Səhranın ərazisi 16,000 km² təşkil edir. Çölistan Tar səhrası ərazisinə keçərək Hindistanın Sind vilayətinin daxilinə uzanır. Çölistan türk-iran mənşəli söz olub, türkcə "çöl" (çöl, səhra) və irani "-stan" (ərazi, diyar) sözlərindən ibarətdir, mənası da "çöllük, səhralıq" deməkdir. Səhrada yarım-köçəri həyat sürdürən toplumlar yaşayır. Səhranın ortasından Harka çayının qurumuş dərəsi yerləşir, və qədim Hind vadisi mədəniyyətinə aid yaşayış məntəqəsi aşkarlanmışdır. Həmçinin Çölistanda hər il "Annual Cholistan Jeep Rally" (İllik Çölistan Cip Rallisi) adlı cip (Jeep) maşınları üzərində ralli yarışması keçirilir.
Çöllüyə çəkmək taktikası
Çöllüyə çəkmək taktikası — qədim türklərdə yaranmış, Səlcuq imperiyası tərəfindən də istifadə olunmuş döyüş taktikası. Ordunun avanqard bölmələri gecə-gündüz fasiləsiz olmaq şərti ilə qarşıdan irəliləyən düşmən qüvvələrinə sağ və sol cinahdan hücum edir. Bu taktiki hücum kiçikmiqyaslı olsa da, düşmən ordusunu yorur. Hücumu həyata keçirən əsas ordu çöllüyə doğru geri çəkilir. Burada əsas məqsəd düşmən qüvvələrini susuzluqla baş-başa buraxmaqdır. Düşmən qüvvələrinin keçdiyi yol boyu su quyuları məhv edilir. Düşmən qüvvəsinin ordusu susuzluq və yorğunluqdan hərəkət qabiliyyətini itirir. Bu taktika ilə məqsədə çatılır.
Çöllər
Çöl — əsasən düzənlik və alçaq təpəliklərdən ibarət olmaqla Yerin meşə zolağından cənuba doğru başlayır. Əsasən kserofil və mezokserofil ot bitkilərindən ibarət meşəsiz ərazidir. Çöllər üçün qara və şabalıdı torpaq səciyyəvidir. Çöllərin bitkiləri başlıca olaraq ağ ot, dovşanotu və s. dənli bitkilərdən ibarətdir. Heyvanlardan çöllərdə gəmiricilər daha çox yayılmışdır. Çöl əsasən mülayim qurşaqlarda yerləşir.Bu ərazilərin əsas heyvan növlərinə mülayim və subtropik enliklərdə antilop,dəvə,sürünənlərdən kərtənkələ,ilan,həşəratlardan isə əqrəb aiddir.Çöllərdə ot örtüyü üstünlük təşkil edir..
Çölquşçu
Çölquşçu – Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Col Quşçu oyk., mur. Dəvəçi rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Samur-Dəvəçi ovalığındadır. Keçmışdə Aşağı Quşçu da adlanmışdır. Dağ Quşçu toponiminin qarşılığıdır. Oykonim col (düzəngah, Aşağı) və Quşçu (etnotoponim) komponentlərindən düzəlib, "düzənlikdə olan Quşçu kəndi" mənasındadır. == Əhalisi == Kəndin əhalisi 720 nəfər təşkil edir. Mövcud iş yerləri: Yoxdur Əhalinin məşğuliyyəti əsasən təsərüfat işləri ilə; == Təhsil == Orta məktəb. Məktəbin təmirə vəziyyəti orta.
Çölquşçu bələdiyyəsi
Şabran bələdiyyələri — Şabran rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Çölqışlağı (Əhər)
Çölqışlağı (fars. چل قشلاقي‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 973 nəfər yaşayır (197 ailə).
Çölyak kötüyü
Çölyak kötüyü (lat. truncus coeliacus) yaxud qarın kötüyü — (yunanca koila sözündən götürülmüş mənası qarınboşluğu deməkdir) məməli heyvanlarda qarın aortasından ayrılan üç tək arteriyalardan birincisi olub xüsusən insanda XII döş və ya I bel fəqərəsi, diafraqmanın aorta dəliyi — lat. hiatus aorticus səviyyəsindən, qarın aortasının ön səthindən başlanğıc götürərək qarın boşluğuna daxil olur. Qarın kötüyü 1–2 santimetrdir. Bu damar başlayan kimi üç şaxəyə bölünür, (lat. aa. gastrica sinistraç hepatica communie et lienalis) ona görə buna qabaqlar üçayaq (lat. tripus coeliacus Halleri) deyilirdi. == Təchizat etdiyi nahiyələr == lat. A. gastrica sinistra — mədənin sol arteriyası — yuxarı və sol tərəfə mədəningirəcəyinə doğru gedir, sonra onun ikinci əyriliyi ilə sağa qayıdır mədənin ön və dal divarlarına şaxələnir.
Çölçü (film, 2012)
"Çölçü" — rejissor Şamil Əliyevin 2012-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Azərbaycanfilm" kinostudiyasında ekranlaşdırdığı film. Film "Xarici dildə ən yaxşı filmə görə" nominasiyasında 2014-cü ilin "Oskar" mükafatına təqdim olunmuş və ilkin siyahıda yer almışdır. == Məzmun == Bu, çölü özünə yurd yeri seçmiş Ulu və gənc çölçünün məhəbbəti haqqında nağılabənzər bir həyat hekayəsidir. Ulunun ölümündən sonra çölə, qısa saçlı bir qız gəlir. Və Çölçünün həyatına öz nağılını qatıb, onun həyatını dəyişir… == Film haqqında == Film "Kodak" kinolentinə çəkilmişdir. Filmin ssenari müəllifi Vidadi Həsənov Hollivudda yetərincə uğur qazanmış Kler Deyns rəhbərlik etdiyi qrupun məsləhəti altında bu ssenari üzərində çalışmışdı. Filmin sınaq çəkilişlərində cavan çölçü və qısa saçlı qız rollarına dəvət olunmuş Amid Qasımov və Nigar Bahadırqızı da iştirak etmişdilər. Filmin premyerası 12 fevral 2013-cü ildə Nizami Kino Mərkəzində olmuşdur. Kino tənqidçisi Sədaqət Kamalın fikrincə, filmdə tamaşaçı "Bir şərəfsiz tərəfindən namusu tapdalanmış qadın digər biri tərəfindən saf məhəbbətlə sevilə bilərmi?" sualına cavab tapmaq problemi ilə baş-başa qoyulmuşdur. Film 150 beynəlxalq kino festivalında iştirak etmiş və bu festivallarda 100-dən atrıq mükafata layiq görülmüşdür.

Digər lüğətlərdə