1. ÇILPAQ Hər gecə də Beyrək qılıncı divardan götürüb sıyırır, çılpaq qızla öz arasına qoyurdu (Anar); ANADANGƏLMƏ (tamam çılpaq) (məc.) [Fatmansa:] Lap lüt, anadangəlmə (C.Cabbarlı); ARİ (arx.) Səfillər kimi Əşcar ari (M.Hadi); ÇIL-ÇILPAQ (tamamilə lüt) ..qızlarını çıl-çılpaq oynadanlar (R.Rza); LİBASSIZ Həqiqətən bir seyid qızı haman günü məşədinin evində libassız əyləşibmiş, o da məşədinin öz arvadı imiş (Ə.Haqverdiyev); LÜT (tamam çılpaq) Adilə: Bilmirəm niyə özünə əziyyət verir, belə havada lap lüt də gəzə bilər (M.İbrahimov); ÜRYAN Baxıb üryan şəklinə; Utanmayırmı ata? (M.Rahim); PALTARSIZ Oqtay: İstəyirsən soyun, sənə paltarsız baxım (C.Cabbarlı); YALIN (əsasən ayaq haqqında) Firəngiz: Bəs, ayağın niyə yalındır, Köçəri? (B.Bayramov).
2. çılpaq bax yoxsul
3. çılpaq bax yarpaqsız
4. çılpaq bax boz 2