ÇAPQIN

is. Soyğunçuluq məqsədilə silahlı basqın; quldurluq, çapovulçuluq, yolkəsmə, çapqınçılıq.
Qubernator həmişə deyirdi: – Çaparxanaların hər birində Rəhim bəy kimi mənim bir adamım olsa, yolda heç bir çapqın olmaz, qurd qoyun ilə otlar. Ə.Haqverdiyev.
Jandarmların rəhmsiz sifəti, çapqın, talan, qanlı xəncərlər [Telli xalanın] gözü önündə olmuşdu. Mir Cəlal.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ÇAPQIN soyğun — qarət — talan — basqın — quldurluq
ÇAPITMAQ
ÇAPQINÇI

Digər lüğətlərdə