[Uşaq] evə getməyə cürət etmədi, atasının yumruğundan və anasının çimdiyindən qorxdu.
□ Çimdik götürmək (almaq) – çimdikləmək. Molla heç bir söz deməyib, Teymura yaxınlaşır. Onun böyründən möhkəm bir çimdik götürür. “M.N.lətif”.
Bir çimdik – iki və ya üç barmaqla götürülə bilən miqdar; azacıq.
[Tələbə] yumurta boyda bir qırmızı pomidoru yarı bölüb, üstünə bir çimdik duz səpdi.
[Ana:] Srağagün də aləmi gəzdim, bir çimdik çay tapa bilmədim.