ÇUĞUNDUR

is. bot. Qırmızı və ya ağrəngli iri yumruları və iri yarpaqları olan bostan bitkisi.
[Rüstəm] bir neçə yaxşı şumlanmış, hətta çuğundur və soğan əkilmiş sahəyə baxdı. M.İbrahimov.

// Həmin bitkinin qırmızı və ağrəngli yoğun yeməli kökü. [Molla:] İndi bir pud çuğundur aparıram. “M.N.lətif.”.
Quru ot, yonca, çuğundur, silos inəklərin xoşladığı yemdir. Ə.Vəliyev.

□ Qənd (şəkər) çuğunduru – kökündən qənd alınan çuğundur növü.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ÇUĞUNDUR ÇUĞUNDUR (bostan bitkisi) Bir yanda qırmızı şirin çuğundur; Yekə bir palıddan daha yoğundur (R.Rza); PAZI [Nataşa:] Bu gün sizə bir pazı şorbası bişir
ÇUĞULLUQ
ÇUĞUNDURÇIXARAN

Digər lüğətlərdə