ÖLÜNCƏ

zərf
1. Çox bərk, çox şiddətli, amansızcasına. Ölüncə döymək.
[Pərviz xan:] Doğrusunu de, yoxsa səni soyundurub bədəninə ölüncə çubuq vurduracağam. Ə.Haqverdiyev.

2. Ölənə qədər. Ölüncə gözləmək.
– İyid odu namusunu atmasın; Dost ölüncə dosta yalan satmasın. Aşıq Ələsgər.
Hər zaman söylənib atan deyərdi: “Arvad tayfasıyla yoxam ölüncə!” M.Müşfiq.

3. məc. Hədsiz dərəcədə, hədd bilmədən. Ölüncə yemək.
ÖLÜMSÜZLÜK
ÖLÜŞ

Digər lüğətlərdə