Əyn-Üsəra
Əyn-Üsəra ( ərəb. عين وسارة) — Əlcəzairin şimalında, Cəlfa vilayətinin ərazisində şəhər. Eyniadlı dairənin inzibati mərkəzi.
Şəhər vilayətin şimal hissəsində, nisbətən düz ərazidə, dəniz səviyyəsindən 683 metr yüksəklikdə yerləşir.
2008-ci ilin siyahıyaalınmasına əsasən, əhalinin sayı 101,239 nəfər idi.