ÜZMƏK₂

f.
1. Dərmək, qoparmaq, qırpmaq.
Sitarə … durub, həyətə gedirdi və hər çiçəkdən birini dərib, hər güldən bir yarpaq üzüb, hərəsindən də bir həzz aparıb, bir lətafət anlayırdı. Çəmənzəminli.
[Cahan:] Çəməndəki o güllərin; Ən gözəlin üzərəm. Ü.Hacıbəyov.

2. Kəsib atmaq, kəsmək. Mişar barmağını üzdü.
[Mirpaşa:] Yaxşı ki balta ayağını tamam üzməyib. Z.Xəlil.

3. Ayırmaq, qoparmaq.
[Dərviş:] Ruqiyyə əlini əlimdən üzüb alaçığa qaçdı. A.Divanbəyoğlu.
Mübaşir Məmməd [Gülnazın] üstünə şığıdı.
Qızı qucaqlayıb ayaqlarını yerdən üzdü. M.İbrahimov.

4. Haqq-hesabını qurtarmaq, ödəyib qurtarmaq, üzülüşmək. Sonralar Məşədi Rəhimə bir dəfə bir qədər pul göndərdim.
Qalan borcunu da bu yavıqda üzdüm. C.Məmmədquluzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ÜZMƏK I üzmək bax dərmək II üzmək bax yormaq
  • ÜZMƏK qırmaq — yırtmaq — köhnəltmək
  • ÜZMƏK incitmək
  • ÜZMƏK dərmək — qırmaq — kəsmək — yolmaq — qoparmaq (çiçəyi, meyvəni)
  • ÜZMƏK kəsmək — qırmaq (əlaqəni)

Omonimlər

  • ÜZMƏK ÜZMƏK I f. Suda hərəkət etmək, çimmək. Üzür sularda min gəmi; Sükançının nədir qəmi (Ə.Kürçaylı). ÜZMƏK II f

Etimologiya

  • ÜZMƏK Türkmənlər suda üzməyə yörümək (bəzi türk dillərində isə qaymaq) deyirlər. Quruda yeriməkdən fərqli, olaraq suda “yerimək” üzmək (əsli: ürmək) adlanıb
ÜZMƏ₁
ÜZMƏK₃

Digər lüğətlərdə

воздуходу́вный га́фель дои́ться нерукотво́рный неудобопроизноси́мый обтя́жчик пола́зить портпапиро́с ро́спуск стару́шка вла́га вопроси́тельно дисципли́на отведе́ние подме́нно astroid moonwalk placentation propelling rounded tittuppy wark клюка прикорнуть толковать