Şirin, meyxoş meyvələri; Min bir dərdə şəfa bağlar! Qoynu dolu səfa bağlar!
Şəfqət! Nə ülvisən, şəfa səndədir; Ağır xəstələrə dava səndədir.
□ Şəfa tapmaq (bulmaq) – xəstəlikdən qurtarmaq, sağalmaq.
Ol vaxt mənim əhvalım o qədər pis deyil idi və İvanov həkimin davalarını yeyib gündən-günə şəfa tapırdım.
Dedim: “– Əl atmasa həkim bıçağa; Xəstə şəfa tapıb, durmaz ayağa”.
Şəfa vermək – sağaltmaq, xəstəlikdən qurtarmaq.
Ver şəfa ləbindən, yazığam, mənə; Zəhri-fəraqınla ağulanmışam.
Ağlar da, için-için edə ah; Bu körpəmə sən şəfa ver, Allah!
◊ Şəfa evi – bax şəfaxana.
Məktəblərə, şəfa evlərinə, yetim evlərinə ciblərindən pul çıxarıb verən üləmadır.
Allah şəfa versin – xəstələrə sağalma arzusunu bildirən ifadə.
[Xala Yunisə:] Gördüm, bala, fağırın [Yaqutun] üzü-gözü çox yanıb, Allah özü şəfa versin.