ŞƏFA

is. [ ər. ] Xəstəlikdən qurtarma, sağalma, yaxşılaşma.
Şirin, meyxoş meyvələri; Min bir dərdə şəfa bağlar! Qoynu dolu səfa bağlar! R.Rza.
Şəfqət! Nə ülvisən, şəfa səndədir; Ağır xəstələrə dava səndədir. M.Rahim.

□ Şəfa tapmaq (bulmaq) – xəstəlikdən qurtarmaq, sağalmaq.
Ol vaxt mənim əhvalım o qədər pis deyil idi və İvanov həkimin davalarını yeyib gündən-günə şəfa tapırdım. C.Məmmədquluzadə.
Dedim: “– Əl atmasa həkim bıçağa; Xəstə şəfa tapıb, durmaz ayağa”. M.Rahim.

Şəfa vermək – sağaltmaq, xəstəlikdən qurtarmaq.
Ver şəfa ləbindən, yazığam, mənə; Zəhri-fəraqınla ağulanmışam. Q.Zakir.
Ağlar da, için-için edə ah; Bu körpəmə sən şəfa ver, Allah! A.Şaiq.

◊ Şəfa evi – bax şəfaxana.
Məktəblərə, şəfa evlərinə, yetim evlərinə ciblərindən pul çıxarıb verən üləmadır. C.Məmmədquluzadə.

Allah şəfa versin – xəstələrə sağalma arzusunu bildirən ifadə.
[Xala Yunisə:] Gördüm, bala, fağırın [Yaqutun] üzü-gözü çox yanıb, Allah özü şəfa versin. Ə.Məmmədxanlı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ŞƏFA sağalma — yaxşılaşma
  • SƏFA həzz — zövq — ləzzət — kef
  • SƏFA sevinc — fərəh — şadlıq

Etimologiya

  • ŞƏFA Ərəbcədir, ”dərman” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
  • SƏFA Səfi” kimi də işlədilir, ərəbcə “təmiz” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
ŞƏDİDLİK
ŞƏFABƏXŞ

Digər lüğətlərdə