ŞƏBABƏT

is. [ ər. ] klas. Gənclik, cavanlıq.
Fəqət bahari-şəbabımda bir çiçək buldum; Qaçırdım əldən, onun həsrətilə məhv oldum. H.Cavid.
[Əmir qızlara:] Bir nəğmə çalın, həm oxuyun qəlbimi şad eyləyəsiz; Həm şəbabətdə keçən günləri yad eyləyəsiz. Ü.Hacıbəyov.
Qocaldım, gedibdir zamani-şəbabım; Alınmaz sualım, verilməz cavabım. Ə.Nəzmi.

□ Şəbabətə yetmək – gənclik dövrünə yetmək (ayaq basmaq), cavanlıq dövrü başlamaq. Cavan qızın sinni şəbabətə yetmişdi.
Zahir və batində çocuqluq əsərləri məhv olub gedirdi. Çəmənzəminli.

ŞƏBAB
ŞƏBAHƏT

Digər lüğətlərdə