◊ Şələ-küləsini (şələ-şüləsini) qoltuğuna vermək – bax şələ-küləsini bayıra atmaq.
[Gülzar:] Şələ-küləsini verdim qoltuqlarına, qovdum, getdilər.
Şələ-küləsini bayıra atmaq – şey-şüyünü əlinə verərək qovalamaq; qovmaq.
Şələ-küləsini dalına sarımaq – bax şələ-küləsini qoltuğuna vermək.
Şələ-küləsini yığmaq (yığışdırmaq) – nəyi varsa özü ilə götürmək. Molla Nəsrəddin [Teymurun] bu xasiyyətini bilən kimi şələ-küləsini yığışdırıb, birbaş qaçır kəndlərinə. “M.N.lətif.
” [Ağayev:] Əgər [Qurban] ayağını yerə dirəməsəydi, Qumadadan şələ-küləmizi yığışdırıb çoxdan çıxmışdıq.