ŞAŞQINLIQ

is.
1. Şaşqın adamın halı; çaşqınlıq.
[Firidun] böyük bir gərginliklə şaşqınlığını, həyəcanını və iztirablarını boğaraq, sərtiblə vidalaşdı. M.İbrahimov.
Bircə qırpım sürən şaşqınlıqdan sonra gənc qız çevik bir hərəkətlə əlini atıb, çəkməsinin boğazından almaz kimi parıldayan kiçik, əyri bir xəncər çıxardı. M.Rzaquluzadə.

2. Ağlını itirmə, sərsəmlik.
ŞAŞQINLAŞMAQ
ŞAŞMA

Digər lüğətlərdə