ŞAGİRD

is. [ fars. ]
1. İbtidai və ya orta məktəbdə oxuyan uşaq; məktəbli.
Məşədi bütün sinifdə ən yaxşı oxuyan şagirdlərdəndir. M.Hüseyn.
Teymur müəllim şagirdlərə vətənpərvər bir ruhun tərbiyə olunmasına çox əhəmiyyət verirdi. Ə.Sadıq.

2. Hər hansı bir usta yanında sənət, peşə öyrənən gənc. Dərzi şagirdi. Çilingər şagirdi.
[Cavan oğlan:] Qardaş, – dedi, – burada o kişinin naibi olmamış olmaz! – Var, – dedilər, – burada şagirdi var. Mir Cəlal.

3. Birinin təliminə, məsləkinə, əqidəsinə, işinə tərəfdar olan və onun işini davam etdirən şəxs.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ŞAGİRD 1. ŞAGİRD Məktəbin .. mədəniyyət bürosu tərəfindən hər şagirdə ayrı-ayrı bəxşişlər verildi (A.Şaiq); MƏKTƏBLİ [Pərviz:] Olmadı ki! – deyib atam başını
  • ŞAGİRD məktəbli
  • ŞAGİRD köməkçi
ŞAFTALILIQ
ŞAGİRDLİK

Digər lüğətlərdə