1. Bəyənmə, tərif bildirir – afərin! barakallah! eşq olsun!
Əhsən sənə, ey vətənin qəhrəman oğlu! Əhsən onu yaradan əllərə! Əhsən bu kəlama! – Hər ildə müsəlman edə gər bunca tərəqqi; Bir az keçər aləm deyər: – Əhsən, belə millət!
[Səfər bəy:] Əhsən! Yaxşı sudur, Qənbərqulu!
Kimsə yerindən dedi: – Bu ağıllı təklifdir.
Əhsən bu kəlama…
□ Əhsən demək (oxumaq) – tərifləmək, afərin demək, bəyənmək. Hamı sənə əhsən deyər. – Gül rüxsarın əhsən deyib bülbülə; O çeşmi-xumarın yadıma düşdü. “Abbas və Gülgəz”.
O, tamaşa günü anasını aparıb zalda oturdacaqdı ki, baxıb oğlunun göstərdiyi məharətə əhsən desin.
Ətri gözəl, təzə balın; Baxan kimi xoş dadına; Bir ağızdan əhsən dedi; Hamı onun ustadına.
2. Bəzən əks mənada işlənir.
[Gəray:] Əhdi, ilqarı nə tez qırdın sən? Adına bu yaraşarmı, əhsən!