ƏLƏLXÜSUS

zərf [ ər. ] Xüsusilə, xüsusən.
[Cahan:] Xalan sənə qurban, evlənmək su içmək kimi asan şeydir, onda nə çətinlik var ki? Ələlxüsus sənin kimi cavana. Ü.Hacıbəyov.
Ələlxüsus yazıq Nurəddinin günü qara olmuşdu. S.S.Axundov.
[Axund:] Bu nikah kəsməkdən və ya kəsdirməkdən zorba səvab yoxdur, ələlxüsus siğə ola. C.Cabbarlı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ƏLƏLXÜSUS xüsusilə
  • ƏLƏLXÜSUS ələlxüsus bax xüsusilə
ƏLƏKLİ
ƏLƏM₂

Digər lüğətlərdə