İnformasiya elmi
İnformasiya elmi (ing. İnformation science) ― informasiyanın təhlili, toplanması, təsnifatı, manipulyasiyası, saxlanması, axtarılması, hərəkəti, yayılması və mühafizəsi ilə əlaqədar fənlərarası gənc elm sahəsidir. "İnformasiya elmi" termininin formalaşması 1955-ci ilə təsadüf edir.
== Məzmunu və yanaşması ==
İnformasiya elmi maraqlı tərəflər nöqteyi-nəzərindən məlumatı başa düşməyə və sonra lazım olduqda informasiya və digər texnologiyaların tətbiqinə yönəlib. Başqa sözlə desək, bu elm o sistem daxilində ayrı-ayrı texnologiya parçalarını deyil, sistemli problemləri həll edir. Bu baxımdan, informasiya elminin texnoloji determinizmə, texnologiyaların “öz imkanlarını reallaşdıran, yalnız maddi resurslar və tərtibatçıların yaradıcılığı ilə məhdudlaşan öz qanunlarına uyğun təkamül etdiyi” inamına cavab olduğunu görmək olar. Buna görə də, onlar müstəqil idarəetmə sistemi kimi qəbul edilməlidir və nəticədə cəmiyyətin bütün digər alt sistemlərinə nüfuz etməlidir."
== Ümumi məlumat ==
İnformasiya elminin formalaşmasına təkan verən əsas səbəb amerikalı riyaziyyatçı alim Klod Elvud Şennon (ing. Claude Elwood Shannon, 1916–2001) tərəfindən "informasiya nəzəriyyəsi"nin (1948) yaradılması göstərilir.
1955-ci ildə Polşa əsilli İngilis kitabxanaçısı Ceyson Farradeyn (1906–1989) özünün "İnformasiya mütəxəssisinin peşəkar təhsili" haqqında elmi məqaləsində "informasiya elmi" terminini istifadə etmiş, həmçinin bu məqalədə o, "sənədşünas" (ing. Documentalist) istilahının sinonimi kimi "informasiya mütəxəssisi" (ing.