ƏLEYK

ər. əleyh – onun üzərinə, ona

Salama qarşılıq cavab olan əleykiməssəlam sözünün qısa şəkildə işlənməsi. (“Koroğlu” dastanının lüğəti)

Sizə salamlar mənasını verir.

Ruqiyyə xanım salam verdi. Dəmirçioğlu ədəblə onun salamını alıb, əleyk dedi. (“Qulun qaçmağı”)

*

Oğlan qabaqca salam verdi. Koroğlu əleyk aldı. (“Düratın itməyi”)

ƏLAMANDA OLMAQ
ƏLƏM1 ƏRƏB