Əngələvit
Angeğakot — Yelizavetpol quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd.
== Tarixi ==
Mənbələrdə adı Əngələvit, Angelaut, Angeğaqot, Engələyurd kimi qeydə alınan kənd qədimdən Türk-Oğuz boylarının ana yurdu olmuşdur.
== Abidələri ==
Zəngəzur mahalı ərazisində, Qarakilsə (02.03.1940-cı ildən - Sisian) rayonunun Əngələvit (erməni tələffüzündə - Angeğaqot) kəndinin köhnə qəbiristanlığında orta yüzillərə aid türk-xristian qəbirüstü abidələri. Bu abidələr öz forma rəngarəngliyinə görə diqqəti cəlb edir.
== Əhalisi ==
Bura ilk ermənilər XIX yüzilin əvvəllərində Ġrandan köçürülüb gətirilmişlər. Sovet dövründə kəndin adı Angeğaqot kimi rəsmiləşdirilmişdir.