ƏNSƏ

I
(Qarakilsə)
boyun. – Əlı: ordan qoyuf basma, uşağın ənsəsi qırılar
II
(Qazax)
arxa, dal. – Üzə bir, ənsiyə iki danışer, kişi ha döyü, ikiüzdünün biridi
ƏNÖ:
ƏNTƏR
OBASTAN VİKİ
Ənsə payı
Ənsə payı – lat. lobus occipitalis çəpgənin dal şöbəsini tutur, öndən lat. sulcus paretooccipitalis və sulcus occipitalis transversus vasitəsilə təpə payından ayrılır. Ənsə payı ilə gicgah payı arasındakı hüdudu təpədaxili şırımın dal ucunu yan şırımın dal ucu ilə birləşdirən xəyali xətt təşkil edir. Ənsə payının yuxarı yan səthində olan şırımlar o qədər sabit deyildi; burada yuxarı və bayır ənsə şırımları – lat. sulci occipitalis superior et laterales və bunların arasında eyni adlı qırışıqlar – lat. gyri occipitalis superior et laterales vardır. Ənsə payının aşağı səthində xüsusi şırım və qırışıqlar yoxdur; buranı gicgah payında olan şırım və qırışıqlar işğal edir. Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, III cild, "MAARİF" Nəşriyyatı, Bakı – 1982 Atlas of Human Cardiac Anatomy – Endoscopic views of beating hearts – Cardiac anatomy Р. Д. Синельников.
Ənsə sümüyü
Mirzə Ənsərli
Mirzə Məsim oğlu Ənsərli (31 dekabr 1959, Ləmbəli, Noyemberyan rayonu) — Azərbaycanlı alim, türkoloq, tarixçi, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1999), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1994). 1959-cu il dekabrın 31-də Qərbi Azərbaycanın Borçalı mahalının Borçalı nahiyəsinin Ləmbəli kəndində [indiki Ermənistan Respublikasının Noyemberyan (keçmiş Barana) rayonunun Baqrateşen qəsəbəsi) anadan olmuşdur. Doğma kəndində 2 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsində ali təhsil almışdır (1981–1987). 1980–1981-ci illərdə hazırlıq şöbəsində oxumuşdur. Əmək fəaliyyətinə Baqrataşen qəsəbəsində ağac emalı çexində və "Zeytun" sovxozunda fəhlə kimi başlamışdır (1977–1980). Sonra isə Gəncə şəhərində Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 25 saylı filialında böyük kitabxanaçı (1988–1989), Bakı şəhərində Azərbaycan Dövlət Kitab Palatasında biblioqraf, bölmə müdiri (1989–1992), Azərbaycan MEA Milli Münasibətlər İnstitutunda baş laborant, kiçik elmi işçi, elmi işçi (1992–2002) işləmişdir. Eyni vaxtda Mədəniyyət Nazirliyinin Mədəniyyət İşçilərinin Hazırlıq və İxtisasartırma Kursunda baş metodist (1996–1997), Azərbaycan MEA Mərkəzi Elmi Kitabxanasında bölmə müdiri (1997–1999) olmuşdur. Azərbaycan Dövlət Kitab Palatasında işləyən zaman Moskvada Mətbuat İşçilərinin İxtisasartırma kursunu da bitirmiş (1990) və 1993–1996-cı illərdə Azərbaycan MEA Şərqşünaslıq İnstitutunun aspiranturasında (qiyabi) oxumuşdur. Hazırda AMEA-nın akademik Z. M. Bünyadov adına Şərqşünaslıq İnstitutunun "Türkiyə tarixi və iqtisadiyyatı" şöbəsinin böyük elmi işçisidir. Türkologiya sahəsində tədqiqatlar aparır.
Ənsərud (Üskü)
Ənsərud (fars. عنصرود‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1.378 nəfər yaşayır (337 ailə).

Digər lüğətlərdə