ƏR

1. ƏR Mədinə əvvəl ərinə, sonra Rasimə baxdı (M.İbrahimov); BAŞ YOLDAŞI Baş yoldaşı nədir ha? – deyə bir qadın səsləndi (S.Rəhimov); HƏYAT YOLDAŞI [Məsmə:] ...həyat yoldaşımdan məhrum edilmişdim (S.Hüseyn); KİŞİ Xanım üzünü kişisinə çevirib, təbəssümlə: – Onu saxlamışam, – dedi (S.Vəliyev); QOCA Xanpəri: Onun cadusunda mən bir hikmət görmüşəm ki, əgər istəsə bu saatda məni qocamdan boşadar (M.F.Axundzadə); ÖMÜR YOLDAŞI Anasız: Evə məktub yazıb vəziyyətimi xəbər vermək istəmirdim ki, ömür yoldaşım qorxar, ürəyini qısar (Ə.Vəliyev); SAHİB (köhn.) Məmmədbağır: Sitarənin sahibi olmaqla bütün var-yoxuna sahib olacaqdı (S.Hüseyn); ZÖVC (köhn.) Proqramda daha nələr var, – deyə zövcü sordu (Çəmənzəminli).

2. ər bax igid

ƏPPƏK
ƏR-ƏR

Digər lüğətlərdə