1. Ərizə verən, ərizə ilə müraciət edən adam; şikayətçi. Ərizəçi öz ərizəsinə imza etdi. Ərizəçilərin qəbulu.
– [Eşikağası:] Qədir bəy, ərizəçiləri növbət ilə qabağa gətir.
[Kəndli:] Hövsələli ol, a kişi, gəlin bu tərəfə, elə biz də sizin tək ərizəçiyik.
2. köhn. Keçmişdə pulla ərizə yazan adam.