ƏRSƏ

is. [ ər. ]
1. Meydan, açıq yer, boş yer; düzən.
Bir ərsədə hər əsər ki gördüm; Sənsən deyib ol əsər, yügürdüm. Füzuli.
Mahi-rəmazandır, yenə meydan da bizimdir; Meydan da bizim, ərsədə cövlan da bizimdir. M.Ə.Sabir.

◊ Ərsəyə gəlmək – meydana gəlmək, ortalığa çıxmaq.
Bir cavan təzədən gəlib ərsəyə; Əcayib oğlandır, adı Məhəmməd. M.P.Vaqif.

2. Kamala yetmə, müstəqil həyat sürməyə başlama.
◊ Ərsəyə çatmaq – kamala yetmək, böyümək.
[Dövlətlilər] boy atıb ərsəyə çatmamış alverə elə qurşanırdılar ki, … heç bir peşə öyrənməyə də fikir verməyə macalları olmurdu. Ə.Əbülhəsən.

Ərsəyə yetirmək (çatdırmaq) – böyütmək, yetişdirmək, ortalığa çıxartmaq.
Ərsəyə yetmək (çatmaq) – böyümək, kamala çatmaq, müstəqil həyat sürməyə başlamaq.
ƏRRƏÇİ
ƏRSƏMƏK
OBASTAN VİKİ
Ərsədovgah
Ərsədovgah (fars. عرصه دوگاه‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 212 nəfər yaşayır (39 ailə).
Ərsəncan
Ərsəncan və ya Ərsincan (fars. ارسنجان‎) — İranın cənubunda, Fars ostanında şəhər. Ərsəncan şəhristanının inzibati mərkəzidir. Şəhər Fars ostanının şərq hissəsində, cənub-şərqi Zaqrosun dağlıq ərazisində, dəniz səviyyəsindən 1638 metr hündürlükdə, ostanın inzibati mərkəzi olan Şirazdan təxminən 80 kilometr şimal-şərqdə, ölkənin paytaxtı Tehrandan 660 kilometr cənub-şərqdə yerləşir. Şəhərətrafı ərazilərdə dənli bitkilər, meyvələr və xaşxaş becərilir. Xalçaçılıq inkişaf edib. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 17642 nəfər və 4397 ailədən ibarət idi; milli tərkibinə görə şəhərdə farsdilli tayfa olan baserilər üstünlük təşkil edir.. Əhalinin əksəriyyəti şiə müsəlmanlardır.
Ərsəncan şəhristanı
Ərsəncan şəhristanı — İranın Fars ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Ərsəncan şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 40,916 nəfər və 9,800 ailədən ibarət idi.
Ərsəstun Xıdırov

Digər lüğətlərdə