Əvəzlik
Əvəzlik — Bütün əsas nitq hissələrinin yerində işlənə bilən əsas nitq hissəsinə əvəzlik deyilir. Əvəzlik əvəz etdiyi nitq hissəsinin suallarına cavab verir. Əvəzlik əsas nitq hissələrindən biridir.
Şəxs əvəzlikləri: mən, sən, o, biz, siz, onlar. Həmişə insana aid olmaya bilər. Mənsubiyyətə görə dəyişmir və quruluşca sadə olur.
İşarə əvəzlikləri - o, bu, elə, belə, həmin, həmən
İşarə əvəzlikləri isimləşə bilir(istisna:həmin)
Qeyri-müəyyən əvəzliklər: hamı, hər kəs, hər nə, heç nə, hər şey, hərə, bəzisi, kim isə, kimsə, nəsə, biri, kimi, filankəs.
Filankəs sözü mürəkkəbdir
Təyini əvəzliklər: hər, bütün, filan, öz, eyni.
Təyini əvəzliklər isimləşmir, mənsubiyyətə görə dəyişmir.
Sual əvəzlikləri - Bütün əsas nitq hissələrinin sualları
Sual əvəzlikləri əvəzliyin özünü də əvəz edir.