KİRVƏ

is.
1. Uşaq sünnət olunarkən onu tutan adam. Uşağın kirvəsi.
2. Yaxın adama kişiyə müraciət məqamında işlədilir.
Qasıməli kirvə, … bizə gərək iki pud xalis inək yağı, göndərəsən. C.Məmmədquluzadə.
[Nəbi:] Kirvə, yaxşı vaxtda gəlmisən, bir adamımız çatmırdı. S.S.Axundov.
– Vur, köpək oğlunu, günahı çoxdur! – Deyib qızışdırır bəyi kirvəsi; Muzdurun getdikcə kəsilir səsi… S.Vurğun.

KİRTİK₂
KİRVƏCANI
OBASTAN VİKİ
Kirvə
Kirvə sözünün bir neçə mənası ola bilər : Uşaq sünnət olunarkən onu tutan adam. Uşağın kirvəsi. Yaxın adama kişiyə müraciət məqamında işlədilir.

Digər lüğətlərdə