PAÇA

is. [ fars. paçə – kiçik ayaq]
1. Bədənin, iki qıçın arasındakı hissəsi. Ördək qaz yerişi yeriyəndə paçası aralı qalar. ( Ata. sözü ).
Teymur ağa təngə gəlib, bir əlilə yapışıb onun boynunun ardından, bir əlilə paçasından qaldırıb tullayır. M.F.Axundzadə.
Bir qədər yol gedəndən sonra görürsən yabı öz yabılığını bildirdi: qulaqlar sallandı, paçanın arası köpükləndi, boyun düşdü, yabı yoruldu. Ə.Haqverdiyev.
İdrisov oturduğu yerdə əllərini paçasının arasında qoşalaşdırdı. İ.Məlikzadə.

// Baldır; ayağın dizdən aşağı hissəsi.
[Qız] iki-üç yaşlı, paçası açıq bir oğlan uşağının lap böyründə durmuşdu. M.İbrahimov.

2. Qoyun, keçi və malın ayrıca satılan dizdən aşağı hissəsi (ayaq və baldırları).
// Bunlardan hazırlanan yemək.

Etimologiya

  • PAÇA Farscadır. Bizdə qabaqlar onun yerinə çatqı (haça olan) işlədilib. Rus dilindəki пах sözünü indi tatar dilinə çat kimi tərcümə edirlər
P
PAÇABƏND

Digər lüğətlərdə