1. Qırmızı olmaq, qırmızılaşmaq, qırmızı rəng almaq, qızarmaq.
Kiçikbəyimin buğdayı üzü pörtür, nəşə ilə əllərini ovuşdurur…
Gülşən pörtdü. İşin içindən çıxmaq üçün yol axtardı.
2. Üzdən yanmaq, yanıb qızarmaq, qarsaqlanmaq. Alov üzümü pörtdü.
– Uzun illərdən bəri oda yaxın olduğundan bu arvadın üzü … pörtmüşdü.
3. Qaynar suya salıb çıxarmaq, üstünə qaynar su tökmək; pörtləmək.
Aşpaz xoruzu pörtmək üçün qaynar su ilə dolu bir qazana salır. ( ).
[Çərkəz:] Pencər yaxşıdır. Heç bu il nubar eləməmişəm. İstəyirsən balığı da pörtdət.