1. Real düşünən, öz işində, fəaliyyətində real varlığın şəraitini nəzərə alan və buna uyğun hərəkət edən adam.
Sən lap realistsən, ay Məhər kişi, – deyə sədr gülə-gülə ona müraciət etdi.
2. Ədəbiyyat və incəsənətdə realizm tərəfdarı olan. Realist rəssam. Realist yazıçı.
3. Realizm tərəfdarı (bax realizm 4-cü mənada).
4. 1917-ci il inqilabından əvvəlki Rusiyada: realni məktəb şagirdi.
Studentik, deyilik biz realist; Aramızdan çıkamaz idealist.