(Ağdam, Ağdaş, Borçalı, Cəlilabad, Əli Bayramlı, İsmayıllı, Kürdəmir, Qafan, Qax, Quba, Masallı, Mingəçevir, Şəmkir, Şuşa, Tovuz)
1. nadinc, dəcəl (İsmayıllı, Şəki). – Çox sital uşaxdı, təx’ qoysan a:ləmi bir-birinə qatar (Şəki); – Do:rusı, mən belə sital adam görməmişəm (Şuşa)
2. höcət, tərs, sözə baxmayan (Ağdam, Ağdaş, İsmayıllı, Qafan, Quba, Şəmkir, Şuşa, Tovuz). – Bu uşağ elə sitaldu ki, hiç ulmiyən kimi (Quba); – Atasınıη, qardaşınıη sözünə baxmıyan adam sital adamdı (Borçalı); – Elə sital adama söz deməyin faydası yoxdu (Kürdəmir)
3. həyasız, utanmaz, sırtıq (Cəlilabad, Əli Bayramlı, Qax, Masallı)
4. paxıl (Mingəçevir)
5. tənbəl (Borçalı)